Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rəsmi Bakı: “Bu, Azərbaycanın Ermənistana ən böyük güzəştidir”

Tarix 22.05.18, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


"Beynəlxalq ictimaiyyət bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur"

Bunu virtualaz.org-a açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan Respublikası BMT Nizamnaməsinin 2 (4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib.

"ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı formada son qoydu. “Çiraqovlar və digərləri Ermənistana qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi təsbit edib: “Ermənistan Respublikası özünün hərbi mövcudluğu və hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub”, “onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir”.


Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.

Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə görə münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır.

İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir.

Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaraq, işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər.

Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər tez regionda sülh bərqərar olar", - deyə H. Hacıyev qeyd edib.








Xəbərin oxunma sayı : 445




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap