Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Roma Papasının elçisi İlham Əliyevlə danışıqlarda

Tarix 10.02.18, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi, kardinal Pietro Parolinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager göstərilən yüksək qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib. Azərbaycan haqqında çox məlumatlı olduğunu qeyd edən qonaq ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, buradakı inkişafı öz gözləri ilə görməyin maraqlı olduğunu vurğulayıb.

Roma Papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Riçard Gallager bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirib.

Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu bildirib. Dövlət başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğulayıb, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd edib. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib, səfərin iki dövlət arasında mövcud olan tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə edib.



Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papası I Fransiskə və dövlət katibinə çatdırmağı xahiş edib.





Xəbərin oxunma sayı : 220




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap