Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Roman Abramoviç İsrail vətəndaşlığı alır?

Tarix 24.05.18, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç vətəndaşlıq alamaq üçün mayın 24-də İsrailə gedib

İsrail KİV-i xəbər verir ki, o, son zamanlar Böyük Britaniya vizası almaq sahəsində çətinliklərlə üzləşib.

Çünki rəsmi London Rusiyaya qarşı sanksiya tətbiq edəndən sonra Rusiya vətəndaşlarının Britaniya vizası alması o qədər də asan olmur. R.Abramoviç viza ilə bağlı problemi həll etmək üçün İsrail vətəndaşlığı almaq qərarına gəlib.

Məlumata görə, Böyük Britaniyanın “Çelsi” futbol klubunun sahibi olan milyarder Təl-Əvivi Neve-Tsedek turist rayonunda böyük mülk tikdirir.

İsraildə çıxan “Globus” qəzetinin yazdığına görə, rusiyalı milyader bu rayonda 25 milyon dollara “Versano” mehmanxanasını, oranın həyətinə bitişik 1,5 min kv. metrlik ərazini satın alıb.

Qəzet bildirib ki, R.Abramoviç İsraildən 4 startap-şirkət əldə edib. Onlardan biri smartfonlar üçün batareya istehsalı ilə məşğuldur.

Virtualaz.org-un məlumatına görə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-ə bildirib ki, Kremllə bu barədə informasiya yoxdur.

İsrailin İnteqrasiyanın və Absorbsiya Nazirliyinin mətbuat xidmətindən də bildiriblər ki, Roman Abramoviçin ölkəyə gəlişi ilə bağlı hər hansı məlumata malik deyillər.



Xəbərin oxunma sayı : 298




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap