Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ronaldo ilə Sarri arasında növbəti gərginlik - VİDEO

Tarix 11.11.19, 22:28

Font ölçüsü : - / +
bitmap-img6


"Yuventus”un baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə "Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştiano Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.

Fanat.az xəbər verir ki, italiyalı mütəxəssis matçın 55-ci dəqiqəsində portuqaliyalı hücumçunun yerinə qələbə qolunun müəllifi olan Paulo Dibalanı buraxmasını bu cür şərh edib: "Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”.

Sarri ardıcıl ikinci oyunda Ronaldonu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada "Lokomotiv”i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldonu meydandan çıxarıb.

Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, "Lokomotiv”lə matçda baş məşqçinin əlini sıxmayıb, "Milan”la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.

Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib.







Xəbərin oxunma sayı : 571




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap