Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ronaldo kapitan sarğısını niyə yerə çırpıb? - Özü səbəbini yazdı

Tarix 29.03.21, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyunundakı qalmaqalla bağlı fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, futbolçu bu barədə fikirlərini instaqram sosial şəbəkəsindəki hesabında paylaşıb.

"Portuqaliya yığmasının kapitanı olmaq həyatımda ən böyük fəxarət və imtiyazlarımdan biridir. Həmişə ölkəm üçün hər şeyimi verirəm və bu, heç vaxt dəyişməyəcək. Lakin elə çətin anlar olur ki, xüsusən bütün millətimizin əzab çəkdiyini hiss edirik. Başınızı qaldırın və elə indicə növbəti çağırışı qəbul edin! Haydı, Portuqaliya!" - Ronaldo özünün instaqram hesabında yazıb.

Portuqaliya milli komandasının futbolçusu Serbiya ilə dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb. Otuz altı yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb.
 
Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib. Referinin qərarından qəzəblənən Ronaldu önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydançaya çırpıb.
 



Xəbərin oxunma sayı : 664




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap