Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ronaldodan inanılmaz uğur: futbol tarixinə düşdü

Tarix 21.04.19, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


"Yuventus" İtaliya A Seriyasında növbəti çempionluğunu elan edib. 

Fanat.Az xəbər verir ki, "Fiorentina"nı 2:1 hesabı ilə yenən Turin klubu mövsümün sonuna 5 tur qalmış ardıcıl 8-ci çempionluğunu rəsmiləşdirib.

Bununla da "Yuventus" "Lion"un 2001/02-2007/08 mövsümünlərində imza atdığı rekordu qırıb. Fransa klubu həmin illərdə ardıcıl 7 dəfə Liqa 1-in qalibi olmuşdu. "Yuventus" isə "böyük beşlik" çempionatlarında ardıcıl 8 dəfə çempion olan ilk klub kimi tarixə düşüb.

Turin klubunun ulduzu Kriştiano Ronaldo da yeni bir rekorda imza atıb. Mövsümün əvvəlində "Real"dan "Yuventus"a 117 milyon avroya transfer olunan portuqaliyalı futbolçu 3 böyük liqada çempion olan ilk futbolçu olub.

Ronaldo bundan əvvəl İngiltərə Premyer Liqasında 3, İspaniya La Liqasında 2 dəfə çempion olmuşdu. O, bu uğurunu İtaliya A Seriyasında da davam etdirib.

Qeyd edək ki, Ronaldo bu mövsüm A Seriyasında oynadığı 27 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.



Xəbərin oxunma sayı : 178




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap