Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ronaldu yeni komandası ilə ilk dəfə məşq etdi - VİDEO

Tarix 04.01.23, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 2025-ci ilə qədər müqavilə imzaladığı Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə ilk məşqinə çıxıb.

Məşq 25 min azarkeşin iştirak etdiyi “Marsul Park” stadionunda “Qızıl top”un beşqat qalibinin təqdimat mərasimindən sonra baş tutub.

Səudiyyəli fanatlar qarşısında çıxış edən Ronaldo bildirib ki, Avropadakı missiyasını başa vurub və indi topladığı təcrübəni Asiyada tətbiq etmək niyyətindədir. Futbolçu həmçinin “Ən-Nəsr” klubuna belə imkan yaratdığına görə təşəkkür edib.

“Dünya futbolunda vəziyyət dəyişib. Səudiyyə Ərəbistanı yığmasının Qətərdə keçirilən Dünya Çempionatında göstərdiyi oyun möhtəşəm idi”, - deyə hücumçu qeyd edib.

Ronaldo vurğulayıb ki, daha əvvəl Portuqaliya, Amerika və Avstraliyadan müqavilə təklifləri alıb, lakin Səudiyyə Ərəbistanında oynamağa üstünlük verib. O, azarkeşləri məyus etməyəcəyinə və yaxşı nəticələr qazanacağına söz verib.







Xəbərin oxunma sayı : 808




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap