Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ruhanini məğlubiyyətə sürükləyən yeddi amil – “Bloomberg”in gətirdiyi əsaslar (TƏHLİL)

Tarix 18.05.17, 3:08

Font ölçüsü : - / +
bitmap-img6


İranın tarixən daha etibarlı rəy sorğuları prezidenti Həsən Ruhaninin Cümə günü yenidən seçiləcəyi iddiasının gerçəyə çox yaxın olduğunu göstərir. Lakin onun mühafizəkar rəqibləri gözləniləndən daha güclü mübarizəyə hazırdır. Bu namizədlər Ruhani hökumətinin iqtisadi göstəricilərinə istinadla hücuma keçir və həmin göstəricilərin yoxsulların həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etmədiyini deyərək prezidenti uğursuzluqda ittiham edirlər.

Əgər Ruhani məğlubiyyətə uğrayarsa, o, İslam Respublikasının 38 illik tarixində ikinci dönəm üçün mübarizədə kürəyi yerə dəymiş ilk prezidenti olacaq.

Aşağıdakı amillər bu potensialın səbəblərini göstərir:

Seçici motivasiyası

Ruhaninin tərəfdarlarını daha çox seçki günü seçicilərin evdən çıxmaması narahat edir. Prezident – praqmatik rejim vəd edir və qələbə islahatçılar kimi tanınan kifayət qədər çox İran liberalının razılığından asılı olacaq. Əli Əkbər Haşimi Rəfsəncani – rejimin başqa bir praqmatik veteranı 2005-ci ildə bununla üzləşdi: aşağı seçici fəallığı mühafizəkar Mahmud Əhmədinejadın populist şüarlarla qələbəsini təmin etdi. 2013-ci ildə islahatçılar Ruhanini dəstəklədilər, çünki əksər kənd seçicisi iqtisadi yaxşılaşma axtarışında idi. Lakin onlar yenə bu istəkdə olacaqmı?

Riskli xərclər

Ruhani iqtisadi rekordlarına əsaslanaraq kampaniya keçirir. Onun uğurlarından biri Əhmədinejad iqtidarı illərdə 30%-dən yuxarı olan inflyasiyanın indi 9%-ə endirilməsidir. Amma bu o demək deyil ki, yaşayış minimumu hələ də yüksəlir. İranlıların real əməkhaqqısı artsa da, bu kompensasiya üçün kifayət qədər deyil.

Ərzaq məngənəsi

Getdikcə qazalan istehlak xərcləri 2005-ci illə müqayisədə iranlıların orta hesabla daha az ət, süd məhsulları və digər əsas ərzaq məhsullarından istifadə etməsi deməkdir. İran məişətinin yaxşılaşdırılması bu hökumət üçün böyük problemdir. O, 2015-ci ildə dünya dövlətləri ilə nüvə sazişinin imzalanmasına qədər sanksiyaları bəhanə gətirir və sanksiyaların ləğvindən sonra yaşayış standartlarında təkan gözləyirdi.

Qiymətlərin kəskin enməsi

Keçən ilin sonundan qüvvəyə minmiş nüvə razılaşması İrana neft ixracını ilk dəfə sanksiyalara qədərki həcm səviyyəyə qaytarmaq imkanı verdi. Təəssüf ki, İranın ziyanına qlobal neft qiymətləri endi, Əhmədinejad hökuməti dövründə olduğu kimi, 92 milyard $ vəsait toplanılmadı. Cari gəlirlər azdır və dövlət xəzinəsini doldurmağa və subsidiyalar üçün kifayət etmir. Sanksiyalar dövründə dərin ixtisar keçirmiş istehsalı yenidən canlandırmaq üçün Ruhani hökumətinin subsidiları paylaşdırmaq və ya investisiya üçün pulu azdır.

İşsizlik

Vəzifəyə gəlməzdən əvvəl iqtisadi artım 6,6 faiz idi, Ruhani də təxminən 4 faizlik iqtisadi artımı sabitləşdirdi. Bu hələ iş yerlərinin artması mənası vermir, işsizlik həqiqətən son illərdə çoxalıb, böyük bir hissə olan qeyri-neft iqtisadiyyatının tempi yüksəlmir.

Qeyri-neft iqtisadiyyatı

İranın qeyri-neft iqtisadiyyatı geniş miqyaslı iş yerlərinin yaradılması üçün əsas mühərrikdir. 2015-ci ildə və keçən il o, güclə artıb. Bu, qismən onunla izah edilir ki, inflyasiya sıfırsız rəqəmə düşsə də, depozitləri cəlb etmək üçün banklar arasında rəqabət real faiz dərəcələrinin yüksək saxlanılması ilə nəticələnib. Fevral ayında Beynəlxalq Valyuta Fondu kreditorların rekapitalizasiyası və yenidən strukturlaşması üçün “təcili tədbirlər” tövsiyə edib.

Kral dollar

İranın “Böyük Şeytan” adlandırdığı ölkə barədə rəyi necə olursa-olsun, o, əlbəttə, ABŞ valyutasını bəyənir. İranlılar üçün rialın ABŞ dollarına nisbətdə məzənnəsi həmişə iqtisadiyyatın əhəmiyyətli göstəricisi olub. Əhmədinejad dövründə rial qeyri-rəsmi ticarətdə 10 mindən demək olar ki, 40 minə qədər ucuzlaşdı. Bu da alıcılıq qabiliyətini kəskin azaltdı. Ruhani rəsmi və küçə – “qara bazar” dərəcələrini uyğunluğa gətirdi və rəsmi dərəcə sabitləşdi, amma rial itirilmiş dəyərini hələ də bərpa etməyib.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 520




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap