Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rus futbolçular ammonyak iyləyiblər - millinin həkimi təsdiqlədi

Tarix 12.07.18, 1:40

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya millisinin həkimi Eduard Bezuqlov Almaniya mətbuatının DÇ-2018-in 1/8 final mərhələsində İspaniya, 1/4 finalda isə Xorvatiya ilə oyundan əvvəl rusiyalı futbolçuların dopinqdən istifadə etmələri ilə bağlı iddiasına cavab verib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, oyunçuların ammonyak iylədiklərini etiraf etsə də, bunun qadağan olunmuş maddələr siyahısına daxil olmadığını söyləyib:

"Burada söhbət kiçik pambıq parçasına vurulan və burun vasitəsilə çəkilən ammonyakdan gedir. Minlərlə idmançı bunu illərdir istifadə edir. Bunu təkcə idmançılar deyil, başı fırlanan və ya huşunu itirən istənilən insan iyləyə bilər. Hər hansı aptektdən asanlıqla ala bilərsiniz. Dopinqlə əlaqəsi yoxdur".

Millinin həkimi məlumatı yayan mətbu orqanı qeyri peşəkarlıqda günahlandırıb: "Məqaləni görəndə bu cəfəngiyyata nə cavab verəcəyimi bilmirdim. Müxtəlif xarici KİV-lərin dopinqlə bağlı hekayələri ya jurnalistlərin qeyri-peşəkarlığından irəli gəlir, ya da Rusiya əleyhinə sifarişdir. İki ildir bu mövzuda bizə kabus yaşadırlar, ona görə də artıq belə xəbərləri sakit qarşılayırıq. Əsəbləşəcəyimizi gözləməyin. Əsas odur ki, bu barədə FİFA-nın bizimlə bağlı heç bir sualı olmayıb və hazırda da yoxdur.

Ən çox əyləncəli olan hansıdır: damcı, yoxsa ammonyak? İkinci. Təsəvvür edin, siz öz redaktorunuza yaxınlaşırsınız və deyirsiniz ki, mən sensasion xəbər tapmışam, oyunçular matçdan əvvəl burunlarına pambıq qoyurlar. Düşünürəm ki, cavab belə olacaq: "Dima, sən dəli olmusan?". Bax, mən də bu cür araşdırmalar haqda belə düşünürəm. Sadəcə, gülməlidir. Şükürlər olsun ki, bizim mətbuat bu cür bataqlığın içində deyil".



Xəbərin oxunma sayı : 712




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap