Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rus mafiyası 1 nömrəli “qanuni oğru”sunu seçdi

Tarix 20.08.18, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Moskvada qanuni oğrular son illərin ən böyük "sxodka”sını keçiriblər.

AzFakt.com ölkə.az-a istinadən xəbər verir ki, 10-dan çox nüfuzlu mafiya başçısı 1 nömrəli qanuni oğrunu seçmək üçün bir yerə toplaşıb. Rusiyanın bu vaxta qədər bir nömrəli oğrusu Şakro Molodoy uzun müddətlik həbs cəzası aldıqdan sonra bu yer boş qalmışdı. "Rosbalt” nəşriyyatının xəbərinə əsasən, "sxodka”nın qərarına əsasən, kriminal aləmdə Şişkan kimi tanınan Oleq Şişkanov bir nömrəli oğru seçilib.

Məlum olub ki, görüş Mixail Lujnetskinin təşəbbüsü ilə keçirilib. "Sxodka” onun nəzarəti altında olan elit restoranların birində baş tutub. Görüşdə bu mafiya başçıları iştirak edib:

Vasya Voskres (Vasiliy Xristoforov”, Miron (Dmitriy Çanturiya), Şişkan (Oleq Şişkanov), Mişa Lujnetskiy (Mixail Voevodin), Petrik (Aleksey Petrov), Aksen (Sergey Aksenov), Badri Kutaisskiy (Badri Koquşavili), Kaxa (Kaxaber Parpaliya),  Quca Kuatisskiy (Elquca Turkadze) və Meliya (Merab Qoqiya).

Əvvəlcə kriminal dünyada baş verən son hadisələr müzakirə edilib: "Lotu Quli"nin Türkiyədəki aktivliyi, Tariel Oianinin Rusiyaya girişinə qadağa qoyulması, Şakronun uzun müddətlik həbs edilməsi və s.

Bütün görüş iştirakçıları ümumi fikrə gəliblər ki, Şakronun 9 il 10 ay müddətinə həbs edilməsi ölkə kriminal dünyasına yeni rəhbər seçilməsi tələbini ortaya çıxarıb. Mafiozlar bu posta Oleq Şişkanovu layiq görüblər. Artıq Rusiya mafiyasının lideri Şişkandır. Bu yaxın günlərdə isə "sxodka”nın qərarı kriminal aləmin bütün nümayəndələrinə çatdırılacaq.



Xəbərin oxunma sayı : 172




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap