![]() |
|














Rus nazirin müəmmalı həbsi:«Rosneft» uğrunda savaş, yoxsa «Tramp effekti»?
Tarix 16.11.16, 10:24 |
|

Rusiya tarixində ilk dəfə olaraq nazir postunu tutan şəxs barədə korrupsiya ittihamı üzrə həbs qərarı çıxarılıb. Ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev «Rosneft» rəhbərliyindən rüşvət almaqda ittiham edilərək saxlanılıb.
Məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ulyukayevi bir ildən artıqdır izləyir və bütün danışıqlarını dinləyirmiş.
Nə baş verib?
Noyabrın 15-də Rusiya İstintaq Komitəsi FTX-nin topladığı faktlar əsasında Ulyukayev barəsində külli miqdarda (2 milyon dollar) rüşvət alma maddəsi üzrə cinayət işi başladıb.
İstintaq Komitəsindən bildiriblər ki, nazirə vəzifə səlahiyyətlərini aşma maddəsi üzrə də ittiham irəli sürüləcək. İttihama görə, nazir 2 milyon dollar rüşvəti «Başneft» şirkətinin dövlət səhmlərini (50 faizini) ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb.
Bu il oktyabrın 12-də «Rosneft» «Başneft»in dövlət səhmlərinin alınmasına dair saziş bağlayıb. Dövlət büdcəsinə 329,7 milyard rubl köçürməklə «Rosneft» saziş üzrə öhdəliklərini yerinə yetirmiş olub.
İlin sonuna qədər isə «Rosneft»in özünün dövlət səhmləri özəlləşdiriləcək. Səhmlərin 19,5 faizindən dövlət 700 milyard rubl əldə etməyi planlaşdırır.
«İnterfax» agentliyi adı çəkilməyən mənbənin məlumatına əsasən bildirir ki, Ulyukayev rüşvət aldığı vaxt həbs olunub. Rüşvət pulları nazirə istintaq eksperimenti zamanı verilib. «Rosneft» rəhbərliyinə qarşı isə heç bir tədbir görülməyib.

«Başneft» müamması…
«Başneft»lə bağlı məsələ 2014-cü ildən gündəmdə idi. Vaxtilə rusiyalı oliqarx Vladimir Yevtuşenkova məxsus olan bu şirkət sonradan onun əlindən alınmış və səhmlər dövlətin hesabına keçmişdi. Elə həmin mərhələdə elan olunmuşdu ki, şirkət 2016-cı ilə qədər özəlləşdiriləcək.
İlk vaxtlar əsas real alıcı «Lukoyl» şirkəti hesab olunurdu. Lakin sonradan səhnədə «Rosneft» görünməyə başladı. Elə bununla da mübahisələr yarandı və sazişin qanuniliyini şübhə altına alanlar etiraz etməyə başladı. Əsas narazılıq isə o idi ki, bu halda bir dövlət şirkəti başqa bir dövlət müəssisəsini almış olur.
«Rosneft»ə qarşı çıxanlar arasında Aleksey Ulyukayev də var idi. Nazir «Başneft»in səhmlərini almaq üçün «Rosneft»in uyğun şirkət olmadığını deyirdi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi.
Ulyukayev hesab edirdi ki, «Rosneft»i «Başneft»in özəlləşdirilməsi prosesinə yaxın buraxmamaq üçün müxtəlif üsullar var.
Bütün bu mübahisələrin fonunda Rusiya hökuməti bu ilin avqust ayında «Başneft»in özəlləşdirilməsini təxirə saldı. Lakin sentyabrın 30-dan proses yenidən bərpa olunmağa başladı.
Okytabrın 10-da baş nazir Dmitri Medvedev «Başneft»in səhmlərinin 50,08 faizinin satışı ilə bağlı xüsusi sərəncam imzaladı. Və oktyabrın 12-də prezident Vladimir Putin açıqlama verərək «Başneft»in satışını «səliqəli özəlləşdirmə» adlandırdı.
Bəs, belə olan halda nazir Ulyukayevin həbsinə hansı əsas və zərurət var idi?

Ekspertlər nə deyir?
Rusiya Sənayeçilər Birliyinin sədri Aleksandr Şoxin baş verənlərin absurd olduğunu deyir: "«Başneft»lə bağlı razılıq əldə olunandan, prezident Putinin bu məsələ ilə bağlı müsbət qiymətləndirməsindən bir ay sonra Ulyukayev «Rosneft»i necə hədələyə və ondan rüşvət tələb edə bilərdi?! Nə qədər ağılsız olmalısan ki, hüquqi və siyasi müstəvidə hər şey yekunlaşandan bir ay sonra «Rosneft»i hədələyəsən və 2 milyon alasan. Özü də ölkənin ən nüfuzlu şəxslərindən olan İqor İvanoviç Seçindən".
Ekspert Sergey Tsıplyayev bütün bunları «Rosneft» uğrunda savaşın tərkib hissəsi adlandırır: «Bu, maraqlı şəxslər arasında «Rosneft»in hər «tikəsi» uğrunda mübarizədir. Zaman-zaman bu mübarizə palaz altında davam edəcək və oradan cəsədlər çıxacaq. Ulyukayev bu mübarizənin ilk qurbanıdır».
Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Şvetsov Ulyukayevin korrupsioner olmasına inanmadığını deyir: «Aleksey Valentinoviçə böyük hörmətim var. Rüşvət, ona qarşı irəli sürülə biləcək ən son ittihamdır. Mətbuatın yazdıqları absurddur. Hələ ki heç nə məlum deyil».
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Ulyukayevin həbsini «Tramp effekti» adlandırıb: «Bu adam Rusiyada liberalizmin dayaqlarından biridir. Onun həbsi «Tramp effektidir». Liberalların qlobal şəbəkəsi daxildən qırılıb. Kobud desək, onların «damı» uçurulub. Putin tamamilə haqlıdır. Hələ ki imkanlar pəncərəsi açıqdır, qətiyyətlə irəliləmək lazımdır. Ulyukayevin təmsil etdiyi «altıncı kalon» ABŞ-ın hakim dairələrində təmsil olunan liberalların təzyiqi sayəsində mövcud idi. İndi onların heç bir mənası qalmayıb. İndi Putin üçün 16 il əvvəl başlatdığı vətənpərvərlik islahatlarını tamamlamağa heç bir maneə yoxdur. «Altıncı kalon»u indi dağıtmasa, Putin öz legitimliyini təhlükəyə atmış olacaq. Ulyukayev daxili siyasətdə «Tramp effekti»nin ilk qaranquşudur. Bir sözlə, «altıncı kalon», əşyalarınızla çıxışa doğru!».
Naziri hansı cəza gözləyir?
Ulyukayevin ittiham olunduğu maddə üzrə bir neçə cəza nəzərdə tutulur. Nazirə 3-5 milyon rubl cərimə də kəsilə bilər, ona 8 ildən 15 ilədək həbs də verilə bilər.
Vəkili Timofev Qridne bildirib ki, Ulyukayev həbsini təxribat adlandırıb və günahsız olduğunu deyib: «O bildirir ki, dünən «Rosneft»in ofisində baş verənlər dövlət məmuruna qarşı təxribatdır».
Son məlumata görə, Ulyukayev ev dustaqlığına buraxılıb və o, 2 aylıq istintaq müddətində azadlıqda olacaq. Lakin ona evdən kənara çıxmağa icazə verilməyəcək. Ulyukayev istintaqla maksimum əməkdaşlıq edəcəyini bildirib.
Kremldən açıqlama
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin məsələ barədə məlumatlandırıldığını deyib: «Məlumatı var. Ona bütün informasiyalar çatdırılıb. Bunlar çox ciddi ittihamlardır. Və yekun qiyməti ancaq məhkəmə verə bilər».
Baş nazir Dmitri Medvedev bunun hökumət üçün olduqca ağır hadisə olduğunu bildirib: «Baş verənləri idrak edə bilmirəm. Korrupsiyaya yol verən hakimiyyət təmsilçilərindən heç birinə – nə qubernatorlara, nə deputatlara, nə nazirlərə güzəşt oluna bilər».

Ulyukayev kimdir?
60 yaşlı Ulyukayev iqtisadi inkişaf naziri postuna 2013-cü ilin iyununda təyin olunub. O, bu postda hazırda prezidentin köməkçisi işləyən Andrey Belousovu əvəzləyib.
1979-cu ildə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1982-ci ildən ixtisası üzrə elmi fəaliyyətlə məşğul olub. 88-91-ci illərdə özünü jurnalistikada da sınayıb – «Kommunist» jurnalında şöbə müdiri olub.
1991-ci ildə Rusiya hökumətində iqtisadi məsələlər üzrə müşavir təyin edilib. 93-94-cü illərdə baş nazirin birinci müavini Yeqor Qaydarın köməkçisi olub. 2000-ci illərin əvvəllərində maliyyə nazirinin müavini postunu tutub. «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.
Ulyukayev korrupsiyaya qarşı çıxışları ilə dəfələrlə medianın gündəminə gəlib. Nazir korrupsiyanın ölkənin normal inkişafına zərərləri barədə açıqlamalar verib.
«Korrupsiyanın səviyyəsi yüksəkdir. Lakin bu barədə bəyanatlar verməklə iş bitmir. Nəsə eləmək lazımdır. Şəffaflıq vəziyyəti dəyişməyin ən yaxşı yoludur», – deyə Ulyukayev korrupsiya əleyhinə çıxışlarının birində qeyd edib.
Qeyd edək ki, bu dəqiqələrdə prezident Vladimir Putin Ulyukayevin nazir vəzifəsindən uzaqlaşdırılması barədə sərəncam imzalayıb.
Strateq.az
Xəbərin oxunma sayı : 190
loading...
Analiz
Xəbərlər
-
Nazirlər Kabinetində kardinal dəyişikliklər: Hansı nazirlərə yol göründü?
-
Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma
-
Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış
-
Akşenerin 50 faizlik siyasi çaları: tarixi dəyişməklə Ərdoğan “İyi Parti“nin seçkidə iştirakına sədd çəkib - TƏHLİL
-
Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib – «Parçalanma yaradır…»
-
“Serj Sarkisyan vəziyyətə nəzarət etmir” – Nikol Paşinyan
-
Kim cəld tərpənsə, sosial evi o alacaq –260 mənzil mayın 7-də satışa çıxarılır
-
Türkiyə parlamenti qərar verdi –Növbədənkənar prezident və parlament seçkiləri
-
Ölkədə 100 yaşlı insanların sayı azalıb –Uzunömürlülər ən çox hansı rayonlarda yaşayırlar?
-
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
-
Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
-
Mətbuat Şurasının sədri Ombudsmanın fəaliyyətinə iradını bildirib
-
Vergilər nazirliyi və Gömrük komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?
-
“Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Ərdoğan
-
Prezident struktur islahatlarına başladı! – Bir nazirlik və bir komitə ləğv edildi
-
Bakı metrosunda əl qumbarası tapılıb – FOTO
-
General haqda hökm qüvvəyə mindi – 10 il 6 ay həbs, rütbə və əmlaklar da alındı
-
“Bu, futbol terrorundan betərdi” – Ərdoğan
-
Eldar Mahmudov məhkəməyə verildi - İlk iclas aprelin 24-dür
-
“ABŞ-ın mövqeyi şantajdır” – Lavrov
-
Əli Həsənov ordenlə təltif olunub
-
“Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox” – Yıldırm ABŞ-a
-
Ayselə görə təhqir edilən Sərxan: “Qeyrətsiz...“
-
Arif Alışanovun tutdurduğu şəxs: “Onu öldürmək niyyətimiz olmayıb“ - Prosesdə gərginlik
-
Uşaq poliklinikasının baş həkimi icra başçısının müavini təyin edildi (FOTO)
-
PSJ-dən daha bir bomba: 6 milyonluq futbolçuya 200 milyon…
-
Zakir Həsənov NATO-nun Avropadakı Baş Komandanı ilə görüşdü - Foto
-
Ziya Məmmədov pullarını ölkədən çıxarır - Təhlükə yaxınlaşır?
-
Ağsuçayın beton layları uçdu
-
Azərbaycanlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər
-
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır
-
Türkiyədə Ərdoğan erkən prezident seçkilərinə gedir: Qərb onu, yoxsa müxalifəti dəstəkləyəcək? – Təhlil
-
Sabaha olan hava proqnozu –Bakıda yağış, rayonlarda qar yağacaq
-
Metronun bu ərazilərində də siqaret çəkmək qadağan olundu – SİYAHI
-
Dünyada neft ehtiyatları 300 milyon barel azalıb –Səudiyyə Ərəbistanının energetika naziri
-
Türkiyənin Azərbaycandan istədiyi Mustafa Ceyhan həbsdə saxlanıldı-FETÖ ittihamı
-
Həftənin ən gözəl qolları - Video
-
Türkiyə seçkilərinə dair 9 səbəb və 3 ssenari: Abdullah Gülün sükutu hələ çoxmu çəkəcək? - TƏHLİL
-
Aprel döyüşlərinin qəhrəmanı intihar etdi- FOTOLAR
-
Bakıda falçı 46 qızı zorlayıb - Çayın içinə...
-
İranlı məmur qadınlarla rəqs etdiyinə görə həbs olunub –Məşhəddə
-
“Nə Putin, nə də Tramp ABŞ-Rusiya hərbi qarşıdurmasına imkan verməyəcək” – Lavrovdan açıqlama
-
Şenol Günəşin başını yaran azarkeş tutuldu - FOTO
-
“Arvadımı öldürmək niyyətim yox idi, ona işgəncə vermək istəyirdim” — İsmayıllıda baş verən dəhşətli qətlin təfərrüatı
-
Miqrasiya Xidmətinin rəisi prezidentin xəbərdarlığından nəticə çıxarmır
-
Ermənistan gecə snayperlərlə atəşkəsi 96 dəfə pozub –Müdafiə Nazirliyi
-
Ötən gün 105 cinayət törədilib –Axtarışda olan 30 nəfər saxlanılıb (DİN)
-
“Altı ölkə İsraildəki səfirliyini Qüdsə köçürməyə hazırdır” – Netanyahu
-
Bu günə olan məzənnələr – RƏSMİ
-
Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmayacaq (VİDEO)
-
“Fənərbaxça” – “Beşiktaş” oyunu təxirə salındı - Azarkeşlər Şenol Günəşin başını yardılar + FOTO
-
Elarizə sərt cavab: “Dua et ki, biz varıq“
-
“Bakcell“ daha bir jurnalistə “atdı“: “Cibimə kim girir, necə girir və niyə girir?!“
-
400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək
-
İraq Suriyanı bombaladı
-
Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə
-
Bakıda şok hadisə: Canavar itləri parçaladı – VIDEO
-
Məktəbli qız özünü asdı –Cəlilabadda intihar
-
“İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputatdan sensasion açıqlama
-
Gürcüstanda xüsusi əməliyyat keçirilib –3 “kriminal avtoritet“ saxlanılıb
-
“S-400 almaq istəyi Türkiyənin milli qərarıdır” –Yens Stoltenberq
-
“Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon
-
Ermənistanda nümayişçilərlə polis yenə toqquşdu: saxlanılanlar var –Sərkisyan etirazçılara səsləndi
-
Yunanıstan və Türkiyə müharibəyə doğru gedir –Hər iki ölkədə populistlər NATO müttəfiqləri arasında böhranı dərinləşdirir
-
Tanınmış jurnalistlər yeni qurum yaratdılar –Media Klubu bəyanat yaydı (FOTOLAR)
-
“Azərbaycanda 12 737 şəhid ailəsi var” – Nazir
-
“Əfvetmə haqqında Əsasnamə” dəyişdi –Prezidentdən fərman
-
Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür...”
-
“Elə bil poliklinikanı özəlləşdiriblər” –Şikayət edən tibb bacısını işdən çıxarırlar
-
Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb – Nazirlikdən xəbər
-
General oğlunun məhkəməsi:bir şahid müstəntiqlə üzləşdiriləcək, o biri isə 200 manat cərimələndi
-
Növbəti 7 il – Prezident İlham Əliyevdən nə gözləyirlər?
-
Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vətəndaşların yol polisindən etdiyi şikayətlər açıqlanıb – SİYAHI
-
“Aliment fondu”nun yaradılması qaçılmaz zərurətdir” – Elmira Süleymanova
-
Bakıda yaşayış binasında yanğın – 3 uşaq xilas edilib (YENİLƏNİB)
-
Aparıcı efirdə Ayseli qucağına aldı - Video
-
Hüquq müdafiəçisi saxlanıldı –DİN açıqlama yaydı: “3 polisə xəsarət yetirib“
-
Allergiyadan əziyyət çəkirsiniz? - Bunu mütləq oxuyun
-
Rusiya Baş Qərargah rəisi NATO-nun baş komandanı ilə görüşəcək –Bakıda
-
“Dünya çempionatına gedirəm“ - İbrahimoviç
-
“İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” –İsrailli generaldan təhdid
-
“13 milyon manat çatışmazlıq olub” – “Çudo Peçka”nın sahibinin məhkəməsi
-
SOCAR-ın idarə rəisi Vasif Əmirov vəzifəsindən çıxarılır
-
Havanın temperaturu 4-8 dərəcə düşəcək – Proqnoz
-
“RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı (VİDEO)
-
Hostinq xidməti göstərən yeni şirkət fəaliyyətə başlayıb
-
Alimpaşa Məmmədovun gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – Şok təfərrüat
-
Moskvada “Quli”yə qarşı müharibə hazırlığı: - “Beyləqanski” dəstə yığır
-
“Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsinə cəhd ediblər” – PA-nın rəsmisi
-
İrəvan polisi aksiyaçıları güllələyəcək:“Atəş açacağıq...“ - CANLI YAYIM
-
“BİRLİK-7” MTK Heydər Əliyevə qarşı hörmətsizliyi davam etdirir: İcra başçısı İradə Gülməmmədova nədən susur?
-
Trampla Kim Çen Inın görüşü İsveçrədə baş tuta bilər
-
Nəhayət, şəhid ailələrinin qan pulu ödənilir! – Prezident fərman imzaladı
-
Merkel Trampa ağız açdı:“Rusiyaya sanksiya dayansın“
-
Sahibkarlığa Kömək Fondunun 150 milyonu batmaq təhlükəsində
-
Azərbaycanda axtarışda olan 49 nəfər saxlanıldı –Polis əməliyyatı
-
Qırğızıstanda hökumət böhranı yarandı –Parlament Nazirlər Kabinetini “tanımadı“
-
“Bir ay əvvəl ABŞ və Rusiya arasında şiddətli toqquşma olub” – Tramp
-
Səmra hamamda çimərkən video çəkib paylaşdı - VİDEO
-
Əhalinin banklarda nə qədər pulu var?- Rəsmi
-
Orta məktəbdə daha bir biabırçı hadisə – Süpürgəçini zorlayıb videoya çəkdi…
-
Tramp MKİ başçısının Kim Çen Inla görüşdüyünü təsdiqlədi
-
“Namizədimiz Rəcəb Tayyib Ərdoğandır” – Dövlət Bağçalı
-
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir – FOTO
-
“Metsamor” AES ciddi təhlükə mənbəyidir” – Elmar Məmmədyarov
-
“Çin hakimiyyəti on minlərlə uyğuru həbs edib” – ABŞ rəsmisi
-
Vergilər Nazirliyində növbəti kütləvi ixtisar – Cabbarov müfəttişlərin “axırına çıxacaq”
-
“Sumqayıt” – “Keşlə” matçında dava düşdü: Baş məşqçi futbolçunu vurdu – VİDEO
-
Üç azərbaycanlı qadının edama məhkum edilməsi ilə bağlı səfirdən açıqlama
-
Ermənistanın keçmiş baş naziri Serj Sərkisyanın birinci müavini oldu
-
Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır- Nazirlik
-
Ermənilərin yaraladığı Ağcabədi sakininin vəziyyəti ağırdır
-
Mətbuat Şurasında yeni təyinatlar olub – ADLAR
-
Prezident İƏT ölkələrinin gənclər və idman nazirləri ilə görüşüb - Foto
-
Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə
-
Edison şirkəti “Şahdəniz”dən qaz alacaq
-
Türkiyənin keçmiş müdafiə naziri bıçaqlanıb- Vəziyyəti ağırdır
-
Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü
-
Bella çılpaq şəklini paylaşdı
TOP 10
ARXİV