Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rus sülhməramlılar niyə erməniləri “əzizləyir”? - Sirli məqamlar açıqlandı

Tarix 04.02.21, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


"Rusiya lideri Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü xüsusi vurğulayıb. Hətta bunu İkinci Qarabağ münaqişəsi, Azərbaycanın qurtuluş savaşı dövrüdə də bir neçə dəfə ifadə edib".

Bu sözləri axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Mehmet Perinçək deyib.

Onun sözlərinə görə, sülhməramlılar Azərbaycanın ərazi bütövlüyünü qəbul etsələr də, situasiyaya fərqli yanaşa bilərlər:

"Bu baxımdan bəzi fərqli yanaşmalarla qarşılaşa bilərik. Əlbəttə, bölgə 30 ildir işğal altındadır, 30 il ərzində formalaşmış vərdişləri görə bilərik. Sülhməramlı kontingenti bir müddətdən sonra bu vərdişləri dəyişdirəcək, dəyişdirmək məcburiyyətindədir. Bu baxımdan Türkiyə ilə Rusiyanın ortaq şəkildə çalşması rus barış gücünün bəzi yanlış hərəkətlərindən vaz keçməsinə yardımcı olacaq”.

Professor bildirib ki, Rusiya sülhməramlılarının Ermənistanı tamamən Qərb ölkələrinin qucağına itələməmək üçün bəzən ermənilərin lehinə olan hərəkətlərlə onları qazanmaq istədiyini də müşahidə edirik:

"Lakin bütün bunlar nəticə verməyəcək və heç doğru deyil. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mütləq şəkildə oradakı səhvlərin düzəldilməsinə səbəb olacaq”.

Qeyd edək ki, son günlər sosial medianın Azərbaycan seqmentində Rusiya sülhməramlılarının Qarabağ ərazisi ilə bağlı səhv toponimlərdən istifadə etməsi, eləcə də Azərbaycandan Kəlbəcərə gedən TIR-ların ermənilər tərəfidən bloklanmasının qarşısını almamaları gündəmə gəlmişdi.
 







Xəbərin oxunma sayı : 1336




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap