Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rus təyyarələri məxfi missiya ilə Karakasda –Baş qərargah rəisi silahlılarla Venesuelaya gəlib

Tarix 24.03.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Müdafiə Nazirliyinin 3 təyyarəsinin Venesuelanın paytaxtı Karakasa endiyi endiyi bildirilir. Təyyarələrdən 2-si İL-62, biri isə dünyada ən iri nəqliyyat təyyarələrindən olan An-124-dür.

Sosial şəbəkələrdə uçuş və eniş zolağından foto və videolar peyda olub. ​Yerli “Noticiera Digital” nəşrinin məlumatına görə, Venesualaya 99 Rusiya hərbçisi və ya Rusiya quru qoşunlarının baş qərargah rəisi general Vasili Tonkoşkurovun başçılığı ilə özəl hərbi şirkətin döyüşçüləri göndərilib. Bu barədə Venesuala hadisələrini işıqlandıran bloggerlər də yazırlar.

Amma bu məlumat hələ ki, başqa mənbələr tərəfindən təsdiqlənməyib.Həmçinin Rusiyanın Müdafiə Nazirliyi hələ ki, bu məlumatı şərh etməyib. Məlumata görə bu təyyarələr Karakasa Suriyadan Dakar vasitəsi ilə gəliblər. Amma bu təyyarələrin nə üçün gəlməsi barədə məlumat verilmir.

Qeyd edək ki, müxalifət lideri Xuan Quaydo bu iin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

“Reuters” agentliyi bundan sonra, prezidentliyini qorumağa çalışan Nikolas Maduronu müdafiə etmək üçün Karakasa bir neçə yüz döyüşçü göndərilməsi barədə məlumat yaymışdı. Amma Rusiya qüvvələrinin Venesuelada iştirakını təsdiqləmək hələ ki, mümkün olmayıb. Artıq 3-cü aydır ki, Venesuelada Quaydo ilə Maduronun tərəfdarları arasında qarşıdurma yaranıb.

Bir daha qeyd edək ki, müxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib və ABŞ, Kanada, bir çox Latın Amerikası və Avropa ölkələri onun legitimliyini qəbul edib. Rusiya, Çin və Kuba kimi ölkələr isə bu münaqişədə Maduro rejiminin tərəfini saxlayırlar.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 505




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap