Karyerasına son qoyub körpəsini böyütmək istəyir “Məni milyonçu hesab edirlər” - Vasif “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası Elnarə ilə Tolik arasında dava
Axtar
 
  • / Maqazin / — 21 Fevral 2018

    Karyerasına son qoyub körpəsini böyütmək istəyir

  • / Maqazin / — 17 Fevral 2018

    “Məni milyonçu hesab edirlər” - Vasif

  • / Maqazin / — 16 Fevral 2018

    “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

  • / Maqazin / — 09 Fevral 2018

    Elnarə ilə Tolik arasında dava

  • / Maqazin / — 07 Fevral 2018

    Elza Seyidcahan polisə şikayət etdi

  • / Maqazin / — 06 Fevral 2018

    Tanınmış müğənni 3-cü ərindən də boşandı

Rusiya-Türkiyə konflikti: Bakıya pomidor xəbərdarlığı

Tarix 12.10.17, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistan, Azərbaycan və Belarusdan gətirilən pomidora nəzarəti gücləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı idarənin mətbuat xidməti yayıb. Federal Xidmət son zamanlar adı çəkilən ölkələrə Rusiyaya gətirilməsi qadağan olunan məhsulların idxalının artdığını bildirib:

“Buradan isə məhsulların Rusiyaya keçirilməsinə cəhd edilir. Bu məhsulların Rusiyaya keçirilməsi zamanı onlar Azərbaycan, Belarus və Ermənistanda istehsal olunan mal kimi təqdim olunur. Biz bununla bağlı adı çəkilən ölkələrin məsul orqanlarına pomidor qablaşdırmalarının etiketlərində onun istehsalçısının dəqiq ünvanının göstərilməsi üçün müraciət etmişik. Ölkəyə gətirilən və bu informasiyalar olmayan pomidorlar onun dəqiq istehsal yeri müəyyənləşdirilənə qədər sərhəddə saxlanılacaq”.

Qeyd edək ki, Rusiya bundan öncə Türkiyədən gətirilən pomidorlara embarqo qoyub. Keçən ildən tətbiq edilən qadağa hələ də ləğv edilməyib.



Xəbərin oxunma sayı : 682

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda