Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya Çin vətəndaşlarının ölkəyə girişinə məhdudiyyət tətbiq edib - Koronavirusa görə

Tarix 20.02.20, 10:36

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirusun yayılması ilə əlaqədar şəxsi, təhsil, turizm və işləmək məqsədi ilə Çin vətəndaşlarının Rusiyaya girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.

APA TASS-a istinadən xəbər verir ki, məhdudiyyə bu gündən – fevralın 20-dən qüvvəyə minir.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın bildirdiyinə görə, Çindən Rusiyaya daxil olanların sayının artması və sonradan onların karantinə qəbul olunması hazırda mövsümi qrip epidemiyası ilə müvafiq tədbirlər həyata keçirən tibb işçilərinin yükünü artırır. Bu səbəbdən məhdudlaşdırma qərarı verilib.

Qeyd edək ki, Rusiyanın bölgələrindən Çin şəhərlərinə müntəzəm təyyarə reyslər fevralın 1-dən etibarən bağlanıb. “Aeroflot” bu həftə Çinə uçuşlara tələbatın azalması səbəbindən bu ölkəyə uçuş qrafikini azaldacağını bildirib.

Martın 1-dək ölkələr arasında dəmiryol sərnişin daşınmasının bağlanacağı bildirilir, yükdaşımalar isə hələ ki qrafik üzrə həyata keçirilir.




Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap