“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya bütün Ukraynanı ələ keçirmək istəyib: Sumıda sənədlər tapıldı

Tarix 11.05.22, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Federasiyası bütün Ukraynanı ələ keçirməyə hazırlaşırmış. Bu barədə Dövlət İstintaq Bürosunun müstəntiqlərinin Sumı vilayətində tapdığı rusiyalı hərbçilərə məxsus sənədlərdən məlum olub.

Ukrayna hüquq mühafizə orqanından bildirilib ki, Trostyanets şəhərində rusiyalı hərbçilər tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirilib, Rusiya hərbçilərinin şəxsi əşyaları və sənədləri müsadirə edilib. Onların arasında bütün Ukraynanın işğalı ilə bağlı planlar da olub.

Dövlət İstintaq Bürosu onu da bildirib ki, istintaq hərəkətləri zamanı rusiyalı hərbçilərin mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib, sakinlərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb.

Hadisə yerindən dəyənəklər, əl qandalları, metal sancaqlar və zərərçəkmişlərin qan izləri olan paltarları aşkar edilib. Bundan başqa ərazidən ikisi uşaq olmaqla 23 nəfərin cəsədi eksqumasiya edilib.

Mənbə: UNİAN



Xəbərin oxunma sayı : 436




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap