Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya BMT-də öz əleyhinə qətnaməyə veto qoydu - Çin və Hindistan bitərəf qaldı

Tarix 01.10.22, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynanın Rusiyanın nəzarətində olan və Rusiyayönlü separatçı bölgələrdə referendumları pisləyən qətnamə layihəsinə veto qoyub.

Sənədi ABŞ və Albaniya hazırlayıb. Albaniya, Böyük Britaniya, Qana, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Fransa qətnamə layihəsinin lehinə səs verib.

Braziliya, Qabon, Hindistan və Çin bitərəf qalıb. Qətnamə layihəsində Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz referendumlar pislənilir və ölkələrə müraciət olunur ki, Ukraynanın sərhədlərinin dəyişdirilməsini tanımasınlar.

Sənəddə həmçinin Rusiyaya çağırış edilir ki, öz qoşunlarını dərhal Ukraynadan dərhal çıxarsın. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislytsya deyib: "Qətnamə yalnız bir səsə - Rusiyanın səsinə görə qəbul edilməyib. Biz artıq Rusiyanın Təhlükəsizlik Şurasına veto qoymaq hüququndan istifadə etməsinə icazə verilməsini daim təkrarlamaqdan yorulmuşuq"

Sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasından xaric edilməlidir: "BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə - BMT Baş Assambleyası tərəfindən qınanılan müharibəyə başladıqda, onun BMT Təhlükəsizlik Şurasındakı üzvlüyünün dayandırılması avtomatik olmalıdır".

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də dəfələrlə Rusiyanın Təhlükəsizlik Şurası və BMT-nin digər strukturlarından xaric edilməsinə çağırıb.

Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin və separatçı “DXR” və “LXR” rəhbərləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin bir hissəsinin işğalçı administrasiyaları bu ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi haqqında saziş imzalayıblar. Artıq dünyanın bir çox ölkələri ilhaqı tanımadıqlarını bəyan ediblər.Ukrayna bu əraziləriin geri qaytarılması üçün silah gücü ilə mübarizə aparacağını bəyan edir. (azpolitika.info)



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap