Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Rusiya buğdanın ixrac rüsumunu bahalandırır – Azərbaycana neçəyə gələcək?

Tarix 26.01.21, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın baş naziri Mixail Mişutsin 1 mart tarixindən buğda ixracına tətbiq edilən rüsumun qaldırılması barədə fərman imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Rusiya baş nazirinin imzaladığı fərmana əsasən 1 mart tarixindən etibarən buğdanın hər tonu üçün ixrac rüsumu 25 avrodan (51,5 manat) 50 avroya (103 manat) qaldırılır.
Bəs görəsən Rusiyada buğdaya tətbiq olunan ixrac rüsumunun qaldırılması Azərbaycanda buğdanın qiymətinə necə təsir edəcək?

Məlumat üçün bildirək ki, ötən ilin ilk 11 ayında xarici ölkələrdən Azərbaycanda 262,5 milyon dollar dəyərində 1 milyon 225,6 min ton buğda idxal olunub. İxrac olunan buğdanın təxminən 98%-i və ya 1,2 milyon tonu Rusiyanın payına düşüb. Rusiyadan ixrac olunan buğdanın 1 tonunun gömrük dəyəri 212 dollar (361 manat) olur.
Onu da bildirək ki, ötən il Azərbaycanda 1 milyon 867,3 min ton buğda istehsal olunub. 2019-cu ildə isə ölkədə 2 milyon 171,5 min ton buğda istehsal edilib. Rəqəmlərdən də göründüyü kimi son bir ildə buğda istehsalı 304 min ton və ya 14% azalıb.

Azərbaycanda buğdaya olan illik tələbatın 3 milyon tondan çox olduğunu nəzərə alsaq, bu il də Azərbaycanın xaricdən 1 milyon tondan çox buğda idxal etməsi lazımdır. Əgər Rusiyadan buğda ixracı davam edərsə bu buğdanın hər tonunda təxminən 50 manat bahalanma deməkdir.
Daşınma xərcləri baxımından buğda idxalında Azərbaycan üçün daha bir əlverişli ölkə Qazaxıstan hesab olunur. Qazaxıstandan idxal olunan buğda isə Rusiyadan idxal olunan buğdadan baha olub. Ötən il Qazaxıstandan idxal olunan buğdanın 1 tonunun gömrük dəyəri 230 dollar (390 manat) olub. Bu səbəbdən də ötən ilin ilk 11 ayında Azərbaycan Qazaxıstandan cəmi 7,6 min ton buğda idxal edib.
Rəqəmlərdən də göründüyü kimi, bu il Azərbaycanın istər Rusiyadan, istərsə də Qazaxıstandan idxal edəcəyi buğdanın qiyməti ötən illə müqayisədə artacaq. Daxili tələbatın təxminən 1/3-dən çoxunun idxal hesabına təmin olunduğunu nəzərə alsaq, yerli bazarda da qiymətlərin artması gözləniləndir.



Xəbərin oxunma sayı : 868




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap