Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya Gürcüstana müdaxilə etməyə hazırlaşır - Tiflis həyyəcan təbili çalır

Tarix 25.07.17, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ümumqoşun ordusunun hərbi hissələrində döyüş hazırlığı üzrə 7 günlük təlimlər keçirilir.

Təlimlərə 16 minə yaxın hərbi qulluqçu və 4 mindən çox silah və hərbi texnika cəlb olunub.

Gürcüstanın özündə isə rəsmi Tbilisinin nəzarəti altında olmayan ərazidə Rusiya ordusunun irimiqyaslı təlimləri ilə bağlı həyəcan təbili çalınır. Gürcüstanın rəsmi şəxsləri Rusiya ordusunun hərbi təlimlərini bütün region üçün təhlükə siqnalı adlandırıblar.

“Bu cür manevrlər yalnız Gürcüstan üçün deyil, bütün region və Avropa üçün təhlükə mənbəyidir”, - barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə gürcüstanlı dövlət naziri Ketevan Tsixelaşvili deyib.



“İslahatçılar klubu” qeyri-hökumət təşkilatına rəhbərlik edən Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkin də analoji mövqe sərgiləyib. Onun fikrincə, Rusiya Tsxinvaldakı hərbi korpuslarını “Gürcüstanın hələlik işğal edilməmiş ərazilərinə keçid üçün” yeni marşrutlara hazırlayır.

“Rusiya Gürcüstan ərazisindən keçməklə özünün Ermənistandakı “Gümrü” bazasına dəhlizdə maraqlı olduğunu gizlətmir. Onlar hazırlaşırlar və bunu gizlətmirlər. Düşünürəm ki, ölkəmizdə bunu görməyən biri varsa, o da hökumətimizdir”, - “Gürcüstan Xəbərləri” portalı Şaşkinin sözlərinə istinad edir.

Xatırladaq, dünən Gürcüstan kütləvi informasiya vasitələri bildirmişdilər ki, Rusiya Silahlı Qüvvələri Gürcüstanın Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləyiblər. Bakı-Supsa neft kəmərinin bir hissəsi rusiyalı hərbçilərin nəzarəti altına keçib. Bu məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də təsdiqləyib.

Briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş “sərhəd”i bərpa etmək istəyirlər.



Xəbərin oxunma sayı : 397




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap