“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiya hərbi kəşfiyyatı amerikalıları öldürmələri üçün taliblərə pul verib - İDDİA

Tarix 27.06.20, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Müdafiə nazirliyinin Baş idarəsinə (əvvəllər Baş Kəşfiyyat İdarəsi-QRU olaraq tanınıb-red.) mənsub bölmələr Əfqanıstanda qulluq edən ABŞ və Qərbyönlü koalisiyanın hərbi qulluqçularını öldürmək üçün pul veriblər.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə “The New York Times” qəzetində etibarlı qaynaqlardan gələn məlumat yayılıb.

Qəzetin informasiyasına əsasən ABŞ kəşfiyyatı ələ keçirdiyi terroristlərin sorğu-sualı zamanı bununla bağlı qəti rəyə gəliblər.

2019-cu ildə Əfqanıstanda 20 amerikalı əsgər öldürülüb və onların neçəsinin ölümündə rus kəşfiyyatının izi olduğu məsələsi qaranlıq qalıb.

Məsələ bu ilin mart ayında ABŞ prezidenti Donald Trampın yanında qaldırılıb və Milli təhlükəsizlik şurasında müzakirə edilib.

Burada hətta prezidentə etiraz notasından tutmuş sanksiyaların sərtləşdirilməsinə qədər hər cür tədbir görülməsi təklif edilib, lakin Ağ Ev bunlarla razılaşmayıb.

“Taliban” nümayəndəsi Zabihulla Mücahid təmsil etdiyi terror qruplaşmasının hər hansı bir ölkənin kəşfiyyat xidməti ilə əlaqəsini inkar edib. Onun sözlərinə görə bütün qətllər təşkilatın öz hesabına həyata keçirilib.

“Biz amerikalılarla bir-birimizə hücum etməməklə bağlı saziş də bağlamışdıq”,- deyə Z.Mücahid söyləyib.

Rusiya Xarici İşlər Nazirliyi isə məqaləyə olduqca sərt təpki göstərib. Rusiya bu tip informasiyaları ABŞ kəşfiyyatının təbliğatçılarının aşağı intellektual səviyyəsinin təzahürü olaraq qimyətləndirib. Bundan başqa Rusiyanın diplomatik idarəsi amerikalılardan Əfqanıstandan keçən narkotrafikə, habelə bir sıra qaranlıq əməliyyatlara görə terrorçulara ödənilən pulları da xəbər alıb.

RF-nin ABŞ-dakı səfirliyi isə “NYT”də dərc olunan materialların diplomatların həyatı üçün təhlükə törətdiyini bildirib.



Xəbərin oxunma sayı : 2197




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap