Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya ilə Səudiyyə Ərəbistanı saziş imzaladı - Strateji əməkdaşlığa dair

Tarix 15.10.19, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.

Azərtac SPA rəsmi agentliyinə istinadla xəbər verir ki, sənədlərin imzalanması mərasimindən əvvəl Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və Rusiya Prezidenti arasında görüş keçirilib.

Tərəflər enerji sahəsində tərəfdaşlıq, terrorizmlə mübarizə üzrə birgə fəaliyyət, Yaxın Şərq regionundakı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, Rusiya və Səudiyyə Ərəbistanı hərbi texnikanın tədarükü və müdafiə sənayesi sahələrində də perspektivləri müzakirə ediblər.

Səfər çərçivəsində Yüksək Səviyyəli Birgə Komissiyanın iclası keçirilib. İclasda çıxış edən Səudiyyə Ərəbistanının Enerji naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz son illər enerji bazarlarının sabitləşməsində Moskva və Ər-Riyad arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, iki ölkənin xam neftin qiymətlərinin sabitləşməsi üzrə birgə səylərinin davam edəcəyini qeyd edib.

Tərəflər elm, kosmos, səhiyyə, vergi, mineral ehtiyatlar, turizm, aviasiya sənayesi və mədəni əməkdaşlıq üzrə sənədlər imzalayıblar.




Xəbərin oxunma sayı : 655




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap