Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya nüvə arsenalını gücləndirir, yeraltı hərbi obyektlərini modernləşdirir - Qərb mətbuatı

Tarix 15.12.17, 6:40

Font ölçüsü : - / +
bitmap-img6


Pentaqon rəsmilərinin sözlərinə görə, Rusiya böyük vəchlə öz nüvə silahlarını genişləndirməklə məşğuldur. Ümumi rəyə əsasən, artıq 2016-cı ilə qədər ruslar 8 min nüvə başlığına sahib olacaq, həmçinin dərin yeraltı bunkerlərini tamamilə modernləşdirəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın mühafizəkaryönümlü “The Free Beacon” qəzetinin yazarı Bill Hertsin məqaləsində məlumat verilib.

Müəllifin yazıdğına görə, həmin 8 minə həm böyük strateji, həm də orta və kiçik qüvvəyə malik raketlər daxildir. Silahlanmanın məhdudlaşdırılması haqqında beynəlxalq sazişləri yan keçmək üçün Moskva nüvə silahından münaqişənin lap əvvəlində istifadə etməyə imkan verən xüsusi hərbi doktrina işləyib hazırlayıb.

Pentaqon rəsmilərinin fikrincə, Rusiya strateji silahların məhdudlaşdırılması barədə bir sıra müqavilələri, o cümlədən 2010-cu ildə imzalanan “SSM-3”, 1987-ci ildə bağlanan “Orta və kiçik mənzilli raketlərin ləğv olunması barədə saziş”i pozmağa hazırlaşır.

“Yeni analitik araşdırmalar Rusiyanın gələcək münaqişələrdə silahlı qüvvələri nüvə gücü ilə birləşdirməyi planladığını göstərir. Bu isə ABŞ-ın nüvə silahının iri döyüş əməliyyatlarını saxlayan faktor olaraq tətbiq etməsinə olduqca mane törədir”, - məqalədə deyilir.

Bununla bağlı olaraq Pentaqon “Nüvə potensiyalının şərhi” adlı xüsusi sənəd işləyib hazırlayıb.

KALİBR.jpg (45 KB)

Yazıda Rusiyanın hərbi nüvə gücünü uzaqmənzilli mobil raketlər və raket daşıyan sualtı qayqlarla təchiz etdiyi göstərilir. Bunların içində yerdə qurşdırılan “SSC-8” qanadlı raketlərini, həmçinin gəmilərə və hava hücumuna qarşı istifadə edilən “SS-N-27” “Kalibr” qanadlı raketlərini xüsusi qeyd etmək olar.

Bundan başqa, Rusiya yeni və innovasion nüvə silahları da işləyib hazırlmağa davam edir. Burada dəqiq idarə olunan raketlərlə təchiz edilmiş kiçik qüvvəyə malik (1 kiloton və ya min ton TNT) nüvə silahları da var.

yadernyj_arsenal_1.jpg (205 KB)


Nüvə silahları üzrə ekspert Rober Haunun fikrincə, Rusiya yaxın vaxtlarda kibernetik, kosmik, müdafiə və adi silahlı qüvvələrlə inteqrasiya olunmuş böyük, orta və kiçik gücə malik qarışıq nüvə silahlı qüvvələrinə sahib olacaq. Onun sözlərinə görə, bu cür silahlar sualtı qayıqlardan və iki ultramüasir hərbi təyyarədən buraxıla bilən 4 yeni qitələrəarası, iki də yüksək dəqiqli ballistik raketlərlə istənilən hədəfi vura biləcək.

Jurnalist bunula bağlı qorxulu nəticəyə gəlir: “Hadisələrin inkişafı onu göstərir ki, Rusiya strateji müharibənin hədəflərinə çatmaq üçün nüvə müharibəsi aparmağa hazırlaşır”.

Pentaqonun verdiyi xəbərə görə, Rusiya yeraltı komplekslərin tikintisi sahəsində də ciddi nailiyyətlər əldə edib. Belə ki, ruslar iki böyük yeraltı komanda nəzarət mərkəzinin modernləşdirilməsini başa çatdırıblar, daha kiçik obyektlərin tikintisi isə davam edir.

kanyon-sualtı qayiq.jpg (94 KB)

Müəlif Bill Herst Rusiyanın yeni icadının da Pentaqonda böyük narahatlıq doğurduğunu dilə gətirib. Bu, istənilən ABŞ limanını yox etməyə qadir, pilotsuz idarə olunan sualtı qayıqların işlənib hazırlanması ilə bağlıdır. Robert Haunun sözlərinə görə, Rusiya “Kanyon” adlanan bu cür sualtı qayıqlara 100 meqatonluq nüvə silahı yerləşdirməyə qadirdir.

 





Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap