![]() |
|


8.jpg)











Rusiya rublu sürətlə ucuzlaşır, manata necə təsir edəcəkmi? – Ekspertlər gözləntilərini açıqladılar
Tarix 26.01.22, 13:14 |
|

Moskva ilə Qərb ölkələri arasında Ukrayna ilə bağlı yaşanan geosiyasi gərginlik Rusiyanın maliyyə bazarına təsirsiz ötüşməyib, rubl dollara nisbətən kəskin ucuzlaşıb. Milli gəlirləri həm də neftdən formalaşan Rusiyaya təzyiq vasitəsi olaraq, enerji bazarında qiymət spekulyasiyası baş verərsə, bunun Azərbaycana hansı fəsadları olacaq?
Bəzi azərbaycanlı təhlilçilər “BBC News Azərbaycanca”ya açıqlamalarında Rusiya bazarında rublun dəyərdən düşməsinin Azərbaycana mənfi və müsbət təsirlərini qiymətləndiriblər.

Bank məsələləri üzrə təhlilçi Əkrəm Həsənov Ukrayna gərginliyi fonunda Rusiya maliyyə bazarlarında yaranan vəziyyəti 2014-cü illə müqayisə edərək deyir ki, həmin vaxt rəsmi Moskva Krımı ilhaq etdikdən sonra Qərb ölkələri əllərində olan mexanizmlərdən istifadə edərək, enerji bazarında qiymətlərin sürətlə ucuzlaşmasına nail ola bildilər. Nəticədə əsas mənfəəti neft və qaz məhsullarından olan Rusiyanın gəlirləri azalmağa başladı və Rusiyada devalvasiya baş verdi. "Bunun ardınca isə neft gəlirlərindən asılı olan Azərbaycanda da devalvasiya baş verdi," - Əkrəm Həsənov bildirib.
Əkrəm Həsənovun sözlərinə görə, hazırda Rusiya maliyyə ehtiyatları baxımından güclüdür. Bundan əlavə, enerji qiymətlərinin yüksək olması Moskvaya Qərbin təzyiqlərinə qarşı dayanmağa imkan verir.
Ona görə də bu cür təhdidlərin ciddi iqtisadi itkilərə yol açmayacağını deyən təhlilçi, Kreml administrasiyasının 2014-cü il hadisələrindən ciddi dərs aldığını qeyd edib.
Qərb-Rusiya gərginliyi Azərbaycana nə vəd edir?
Əkrəm Həsənov Rusiyaya qarşı təzyiqlərin artacağı təqdirdə, Azərbaycanın da müəyyən iqtisadi təsirlərə məruz qalacağını düşünür. "Hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir. Rublla aparılan bu ticarət Rusiya bazarının ümumilikdə 7 faizini təşkil edir. Təsirlər də məhz bu istiqamətdə ola bilər. Rusiya rublu ilə bizim məhsulumuzun qiyməti qalxmayacaq. Böyük ehtimalla, qiymətin qalxmasını qoymayacaqlar. Nəticədə həmin vəsaiti Azərbaycan manatına və ya dollara çevirəndə daha az pul edəcək".
Onun sözlərinə görə, Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək.
Azərbaycanın illik valyuta gəlirlərində neftin payının yüksək olduğuna diqqət çəkən təhlilçi Rusiyaya qarşı edilən təzyiqlərin bu dəfə Azərbaycanın valyuta bazarına ciddi təsir etməyəcəyi qənaətindədir.
Qonşu ölkə valyutalarının dəyərdən düşməsi...

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da Rusiya ilə Qərb ölkələri arasında yüksələn ziddiyyətlərin Azərbaycan üçün ciddi təhlükə yaratmadığını deyir.
"Bir müddət əvvəl Türkiyədə də lirə dəyərdən düşmüşdü. Nəzərə almalıyıq ki, Azərbaycanla xarici ticarət dövriyyəsinə görə Türkiyə Rusiyadan daha öndədir. O vaxt lirənin ucuzlaşmasının Azərbaycana mənfi təsirləri olmadı. Deməli, rublun də dəyər itirməsi ölkə iqtisadiyyatına və ya maliyyə bazarına təsir göstərməyəcək," - komitə üzvü bildirib.
Vahid Əhmədov onu da əlavə edib ki, qonşu ölkələrdə valyutaların dollar qarşısında ucuzlaşması Azərbaycana idxalı artırmağa şərait yaradır.
Azərbaycanın valyuta bazarı xarici risklərə nə dərəcədə hazırdır?
Təhlilçi Əkrəm Həsənovun fikrincə, son bir neçə həftə ərzində Azərbaycanda bəzi bankların dollar alışını Mərkəzi Bankın müəyyən etdiyi ən yüksək həddə həyata keçirməsi cəmiyyətdə bəzi şübhələrin yaranmasına gətirib çıxarıb.
Sosial şəbəkə istifadəçiləri dollar alışının yuxarı həddə aparılmasını devalvasiya riski ilə izah etsələr də, Əkrəm Həsənov bu iddia ilə razılaşmır. O deyir ki, 2015-ci ildə baş verən devalvasiyadan ciddi nəticə çıxaran Azərbaycan Mərkəzi Bankı ölkədə faktiki olaraq, yəni qeyri-rəsmi şəkildə dollar alışını məhdudlaşdırıb.
"Bəzi banklarda müşahidə edilən yüksək alış rəqəmləri onu göstərir ki, həmin bankların özündə dollar çatışmır. Bu isə o deməkdir ki, Mərkəzi Bank özü banklara kifayət qədər dollar satmır," - Əkrəm Həsənov deyib. Onun fikrincə, dollar çatışmazlığı bəzi banklar arasında rəqabət yaradıb. Ona görə də onlar "dolların alış qiymətini artıraraq, daha çox vətəndaş cəlb etməyə" çalışırlar.
Mərkəzi Bankın kommersiya banklarına dollar satışını azaltmasını isə Əkrəm Həsənov qurumun valyuta ehtiyatını qorumağa çalışması kimi izah edir.
Devalvasiya riskinə aydınlıq gətirən təhlilçi hesab edir ki, 2015-ci ildə devalvasiyanı şərtlərindirən amillərdən biri də əhalinin bank kreditlərinin böyük hissəsinin dollarla olması idi.
"Lakin hazırda belə bir risk yoxdur. Bundan əlavə, dollar alışına qoyulan limitlər, eləcə də neft qiymətlərinin yüksək olması ölkənin valyuta ehtiyatlarına yönəlik təhdidləri minimuma endirir," - Əkrəm Həsənov əlavə edib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında demişdi ki, manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. O deyib ki, beynəlxalq təşkilatlar da neftin qiyməti ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb, üstəlik, onlar tədiyyə balansında əhəmiyyətli profisit gözləyirlər.
Xəbərin oxunma sayı : 925
loading...
İqtisadiyyat
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşdılar? - FOTOLAR
-
Heç nədən yüzlərlə milyon... - Mbappeni saxlamaq üçün PSJ nələr edir?
-
Pullu yol nə vaxt hazır olacaq? - VİDEO
-
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
-
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Bu il istehlak bazarında kəskin bahalaşma var - VİDEO
-
Cozef Bayden İlham Əliyevi təbrik etdi
-
“Sülhməramlılar“dan daha bir təxribat - İndi də tariximizə qənim kəsiliblər - VİDEO
-
“Lotu Quli“nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
-
Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”
-
Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video
-
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
-
Jurnalist Qadir İbrahimli dəfn olundu - FOTOLAR
-
“Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir” - Əli Əsədov
-
“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO
-
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Şəkidə kənd yolları niyə düzəldilmir? - VİDEO
-
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
-
“Niyə dar günümdə yanımda olmadın?“ - Manafdan Vasifə
-
““Meymun çiçəyi“nə qarşı vaksinasiya mövcuddur“ - TƏBİB
-
“Türkiyəyə güzəştə gedəcək” – Ərdoğanın hansı tələbləri yerinə yetiriləcək?
-
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
-
Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır
-
Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - Açıqlama
-
Bu pomidorlarda təhlükəli zəhər olur - Diqqət
-
“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmri verib” - “Azov”un komandiri
-
Füzulidə peşə liseyi tikiləcək - SƏRƏNCAM
-
Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə
-
Yağış yağacaq, duman olacaq - PROQNOZ
-
Azərbaycanda iki sahədə xidmət haqları 50 faiz artırıldı - QƏRAR
-
“Vilyam Hacıyev 30 min manat istədi, mübahisəmiz düşdü“ - Təhsil şöbəsinin sabiq müdiri
-
Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO
-
“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” - Deputat
-
DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi - FOTO
-
Tovuzda tonlarla yun həyətlərdə qalıb - VİDEO
-
5 il əvvəl törədilən qətlin üstü açılıb - Saxlanılan var
-
Brüsseldə daha bir Əliyev-Paşinyan görüşü olacaq – Avropa İttifaqının növbəti cəhdi
-
“Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək“ - Nazir
-
“Müharibənin son mərhələsi başlayıb“ - Zelenski
-
Jurnalist Qadir İbrahimli vəfat edib
-
Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb
-
Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO
-
ABŞ Ukraynaya dağıdıcı silahları verməkdən ehtiyat edir - VİDEO
-
Paytaxtda tıxac olan yolların SİYAHISI
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
TOP 10
ARXİV