Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya və Çin eyni cəbhədə: ABŞ-a qarşı dirəniş güclənir

Tarix 08.06.19, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


“CNN” Çin prezidenti Xi Jinpinqun bir vaxtlar çar Rusiyasının paytaxtı olmuş Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Foruma qatılmasına xüsusi diqqət ayırıb. Belə ki, bu məsələ ilə bağlı bir gündə iki material təqdim edib. Təbii ki, bu, təsadüfi deyil. 

Həmin materiallara əsasən hazrladığımız yazını təqdim edirik.

“CNN” bildirir ki, Çin prezidenti “könül dostu” hesab etdiyi Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Zəngin kolleksiyası ilə seçilən Sankt-Peterburqdakı Ermitaj Dövlət muzeyində İntibah dövrünə aid sənət əsərlərini seyr edən Xi Jinpinqun axşam Rusiya prezidenti ilə birlikdə gəmi gəzintisində olub.

Bu, sadəcə, Rusiya ilə Çin arasında dostluq atmosferində keçən görüş deyildi. Bu görüş vasitəsi ilə hər iki lider Vaşinqtona qarşı eyni cəbhədə olduqlarını nümayiş etdirdi.

Çinin məşhur “Huawei” şirkəti Rusiyanın ən böyük telekommunikasiya şirkəti MTS ilə müqavilə bağladı. Rusiyada beşinci nəsli təmsil edən 5G texnologiyası üzərindən yeni şəbəkə formalaşacaq.

Bu şirkətin fəaliyyəti ilə bağlı rəsmi Vaşinqtonla Pekin arasında bəlli qalmaqal yaşanıb. Tramp administrasiyası “Huawei” şirkətini Amerika texnologiyasını oğurlamaqda ittiham edir. ABŞ öz müttəfiqlərinə də təzyiq göstərir ki, onlar da “Huawei” şirkəti ilə mövcud olan bütün əlaqələri kəsin. “Huawei” şirkəti isə ABŞ-ın irəli sürdüyü ittihamları əsasız sayır və onları rədd edir.

“CNN” bildirir ki, Sankt-Peterburq forumunda cənab Putin “Huawei” şirkətininin yanında yer aldı. Və bildirdi ki, Vaşinqtonun davranışı rəqəmsal texnologiya sahəsində “texnoloji müharibəyə” nədənola bilər. Putin deyib: “Misal üçün, “Huawei” şirkətini ilə bağlı vəziyyətə nəzər salsaq görərik ki, təkidlə bu şirkəti dünya bazarından sıxışdırıb çıxarmağa çalışırlar. Bəziləri iddi edir ki, bu, yaxınlaşmaqda olan rəqəmsal era öncəsi ilk texnoloji müharibə kimi dəyərləndirilə bilər”.

Amerikanın beynəlxalq siyasi müstəvidəki davranışından narazı olan Putin bəyan edib ki, dövlətlər arasındakı münasibətlər bərabər hüquqlu tərəflər səviyyəsində olmalıdır: “ Ancaq ABŞ və digər iqtisadi baxımdan güclü ölkələr bu yanaşmanı rədd edir və israrla öz iradələrin diktə etməyə çalışırlar. Bu gün ABŞ məhz belə bir siyasət yeridir və öz mühakimə hüququnu bütün dünyada genişləndirməyə cəhd göstərir”.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ələ keçirdi. Buna cavab olaraq ABŞ Rusiyaya sanksiya tətbiq etdi. Sanksiyalara görə Rusiyaya sərmayə qoyuluşunda (Qərb ölkələri tərəfindən) risk amili yüksəldi. Rusiya hökuməti Çin tərəfindən qoyulan sərmayələri Qərb sərmayəsindən daha etibarlı alternativ kimi dəyərləndirdi.

Həm də Rusiya ölkəyə xarici sərmayə qoyuluşu ilə bağlı müsbətə doğru dəyişiklik nümayiş etdirmir. Cənab Putin səhnəyə çıxıb Rusiya-Çin əməkdaşlığından danışmağa hazırlaşarkən forum iştirakçıları bəd xəbər aldı. Məlum oldu ki, Amerikalı sərmayədar Michael Calvey-ə tədbirə qatılmaq üçün icazə verilməyib. O, mübahisə doğuran iri miqyaslı fırıldaqçılıq ittihamı ilə fevral ayında Moskvada həbs olundu. Apreldə isə onun “ev dustağı” olmasına icazə verildi. Bəziləri güman edirdi ki, onun foruma qatılmasına yuxarılar icazə verəcək. Bu, belə bir təəssürat yarada bilərdi ki, Rusiya sərmayədarlarla münasibətləri müsbətə doğru dəyişir. Ancaq belə olmadı. Heç o da nəzərə alınmadı ki, sərmayədar Michael Calvey Rusiyaya sərmayə qoyulmasında son dərəcə təkid edirdi.

“CNN” hazırladığı ikinci materialda isə bildirilir ki, cümə günü Sakit okeanda ABŞ və Rusiya hərbi gəmisi bir-birinə çırpılmaq təhlükəsinin bir addımlığından dönüb. Pentaqon bu insidentə görə Rusiyanı günahkar bilir. O da aydındır ki, bu hadisə rəsmi Moskva ilə Pekinin inkişaf etməkdə olan əməkdaşlığının fonunda baş verir. Və bu ölkələr dünya gücü olan ABŞ-a qarşı vahid cəbhə nümayiş etdirir.

Rusiya və Çin havada və dənizdə dominant ABŞ hərbi gücünü sıxışdırmaq üçün təsir dairələrini genişləndirməyə çalışır. Cümə günü Amerika hərbi gəmisi ilə Rusiya hərbi gəmisi arasında baş verən təhlükəli olaya məhz bu kontekstdən yanaşmaq gərəkir. Ən maraqlısı odur ki, bu insidentin Çinə aid olan su ərazində baş verib.

“Rusiyalılar adətən Rusiyanın təsir dairəsi hesab etdikləri ərazilərdə (Qara dəniz, Barens dənizi, Vladivostok yaxınlığındakı su ərazilərində) amerikalılara qarşı daha sərt münasibət sərgiləyir”, 12 il ABŞ hərbi gəmisində xidmət etmiş Şuster deyir.

Cümə günü Rusiya və Çin prezidentləri Kremldə görüşdü. Onlar bəyan etdilər ki, bu ölkələr arasındakı münasibət tarixdə heç vaxt olmadığı səviyyədə yüksəkdir.

“Görünür, onlar Çin ilə birlikdə hərəkət edirlər. Ruslar Amerikanı sıxışdırmaq üçün Sakit okeanda Çinin xeyrinə nə isə edirlər... və gözləyirlər ki, Çin də Rusiya üçün bunun əvəzində nə isə etsin. Məsələn, Orta Asiyada. Biz bir tərəfdə ABŞ-ı, o biri tərəfdə isə Rusiya ilə Çini görürürk”, hərbi analitik Cedric Leighton deyir.

Çin Orta Asiyada Rusiya üçün nə edə bilər? Təəssüf ki, “CNN”bu məsələnin üzərindən sükutla keçir. Ancaq bizlər üçün bunu bilmək maraqlı olardı. Ən azı ona gör ki, Orta Asiya istənilən halda Çinlə müqayisədə Rusiyaya bir köynək yaxındır...

Çin prezidenti Xi Jinpinqun Rusiyada bəyan edib ki, Çin ilə Rusiya arasındakı əməkdaşlıq qarşılıqlı inama söykənir. Çin dövlət mediyasnın hesablamasına görə, 2013-cü ildən indiyə kimi Rusiya və Çin lideri təxminən 30 dəfə görüşüb. Onların son görüşü apreldə Pekində baş tutmuşdu. Hazırda bu ölkələr arasında ticarət əlaqələri ən yüksək səviyyədədir. Eyni zamanda, bu ölkələrin birgə strateji hədəfində ABŞ-ın genişləndirməyə can atdığı təsir dairəsini geri oturtmaq istəyi də var.

“CNN” xatırladır ki, Baltik dənizində fəallaşan Rusiya ötən il Kerç boğazında 24 Ukrayna dənizçisin girov götürdü. ABŞ onların həbsdən azad olunması üçün dəfələrlə çağrış edib. Buna baxmayaraq, ukraynalı dənizçilər hələ də həbsdə saxlanılır.

The Russian destroyer Admiral Vinogradov arrives at a port to attend China-Russia Joint Sea 2019 naval exercise on April 29, 2019, in Qingdao,  China.


Moskvanın dünya miqyasında öz təsirini artırmaq niyyətində olması haqqında məlumatlar var, bu, Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara bilər.

Rusiyanın bu niyyətini onların Sakit okeanda, mübahisəli Cənubi Çin dənizində-bu ərazi Çin üçün xüsusi önəm daşıyır-fəllaşması gərginliyin artmasına səbəb olur.

Rəsmi Pekin bəyan edir ki, həmin regionun böyük bir hissəsi (1.3 milyon kvadrat mil.) Çinin suveren ərazisidir və son dərəcə sərt şəkildə öz mövqeyini müdafiə edir. Çin prezidenti deyir ki, biz heç vaxt həmin ərazinin bir qarışından da geri çəkilmərik. Unutmaq olmaz ki, həmin ərazidə Filippin, Vyetnam, Malayziya və Bruney də var. Ona görə də ABŞ Hindistan-Sakit okean regionun azad və açıq olmasında təkid edir.

“CNN” qeyd edir ki, Çin həmin ərazidə möhkəmlənmək üçün süni adalar yaradır, oraya ən müasir silahlar yerləşdirir. Rusiya isə adətən öz torpaq ərazisindən kənarda ABŞ hərbi obyektlərindən kənarda qalmağa üstünlük verir. Ancaq cümə günü hər şey başqa cür oldu.

İstefada olan general və “CNN”in hərbi eksperti Con Kirbi deyir ki, Filippin dənizində baş verən insidentlə ola bilsin ki, cənab Putin cənab Xİyə mesaj verir ki, o, Çinlə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır: “Biz görürük ki, Rusiyanın və Çinin maraqları bunu tələb edəndə onların əməkdaşlığı daha da yüksəlir”. Ekspert onu da xatırladıb ki, bu ölkələr ötən il birgə hərbi təlimlər keçirmişdi.

Sonda “CNN” yazır ki, Rusiya dünyanın müxtəlif yerlərində-havada və dənizdə fəallığını artırır. Rəsmi Vaşinqton bu fəallığa necə cavab verəcək? Bu sualın cavabı hələ ki, məlum deyil.(https://edition.cnn.com/2019/06/07/politics/us-russia-navy-near-collision-intl/index.html)

Musavat.com






Xəbərin oxunma sayı : 298




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap