Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya və Çin kəşfiyyatı NATO ölkəsində aktiv iş aparır - Hesabat

Tarix 27.11.19, 19:23

Font ölçüsü : - / +
bitmap-img6


Çexiya Respublikasında gizli iş aparan kəşfiyyat xidmətləri arasında ən aktiv və təcavüzkar fəaliyyət Rusiya və Çinin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir. Belə bir nəticə Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS) 2018-ci ilin yekunlarına dair hesabatında yer alıb. Bu barədə “RBC” agentliyi xəbər verir.

"Ölkəmizdə fəaliyyət göstərən bütün kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə bağlı əldə edilən məlumatların təhlili əsasında bir daha təsdiqlənib ki, ən aktiv və eyni zamanda ən aqressiv fəaliyyətlə Rusiya Federasiyası və Çin Xalq Respublikasının xüsusi xidmət orqanları məşğul olur", - sənəddə deyilir. 

BIS qeyd edir ki, Rusiya və Çinin kəşfiyyat fəaliyyəti siyasət, diplomatiya, iqtisadiyyat və informasiya müharibələri sahələrini əhatə edir.

“Rusiyanın apardığı əməliyyatlara hibrid xarakter xasdır. Bu əməliyyatlar Rusiyanın təhlükəsizliyinə başlıca hərbi təhdid gördüyü rəqibə - NATO və alyansa üzv ölkələrə, o cümlədən Çexiyaya qarşı yönəlib”, - sənəddə deyilir.

Agentliyin bildirdiyinə görə, Rusiya kəşfiyyatının əsas məqsədi “qarşı tərəfi özünü alçaltmağa təşviq etmək üçün qərar qəbulundan məsul şəxsləri və qərar qəbulu prosesini manipulyasiya etməkdir”.



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap