Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiya Venesuelaya strateji bombardımançılar göndərir –Putin Amerikada əzələ nümayiş etdirir

Tarix 11.12.18, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Müdafiə Nazirliyi Venesuelaya nüvə silahı daşımağa qabil iki strateji uzaqmənzilli bombardmançı təyyarə göndərdiyini bildirib.

Təhlilçilər bunu Rusiyanın Cənubi Amerikada hərbi əzələ nümayişi adlandırırlar. Nazirliyin bəyanatında deyilir ki, “Tu-160” təyyarələri Karakas ətrafındakı aeroportlardan birində enib. Bəyanatda onların silahlı olub-olmadığı barədə heç nə deyilmir.

Bombardmançıların göndərilməsindən iki gün əvvəl Venesuela prezidenti Nikolas Maduro Moskvaya səfər etmiş və Kremldən hərbi sahədə dəstək vədi almışdı. Venesuela son illərdə Rusiyadan milyonlarla dollarlıq silah alıb.

Karakas aeroportunda 100-dək Rusiya pilotu və hərbçisini müdafiə naziri Vladimir Padrino salamlayıb. Padrino deyib ki, bu əməliyyat, lazım gələrsə, bizim Venesuelanın hər qarışını müdafiə etməyə hazır olduğumuzu göstərir.

NATO müttəfiqləri tərəfindən şərti olaraq “Blackjack” adlandırılan “Tu-160” təyyarələri səsdən iki dəfəsürətlə uçur və həm adi, həm də nüvə başlıqlı raketləri daşıya bilir. Bundan əvvəl Suriyada Rusiyanın bir neçə bombardmançısı Kh-101 qitələrarası raketləri ilə zərbələr endirib.

“Associated Press” agentliyi bildirir ki, “Tu-160” təyyarələri son dəfə Venesuelaya 5 il bundan əvvəl göndərilib.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap