Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya XİN-dən Suriyada çoxlu sayda rusiyalının ölməsinə münasibət

Tarix 15.02.18, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbəsi nəticəsində Suriyada 5 rusiyalının ölməsi mümkündür”

AzFakt.com APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. “Yaralılar da var, lakin bütün bunlar yoxlanılmalıdır. Əlbəttə ki, həlak olanların Rusiya vətəndaşı olub-olmaması araşdırılır”, – deyə o, söyləyib.

M. Zaxarova Suriyada ölənlərin Rusiya hərbi qulluqçuları olması ilə bağlı xəbərləri klassik dezinformasiya adlandırıb: “Bir daha qeyd etmək istəyirəm ki, burada Rusiya hərbi qulluqçularından söhbət getmir”.

Qeyd edək ki, fevralın 7-də ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ez-Zor bölgəsində kürdlərin nəzarət etdiyi əraziyə hücum edən Bəşər Əsəd tərəfdarlarına zərbələr endirib. Nəticədə hücum edən tərəf ciddi itkilərə məruz qalıb. “Bloomberg” agentliyi təxminən 200 nəfərin öldüyü barədə xəbər yayılıb. Ölənlərin bir qisminin “Vaqner qrupu” adlanan Rusiya özəl hərbi qurumunun muzdluları olduğu bildirilir.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap