Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya Xarici İşlər Nazirliyi:“ABŞ sanksiyalar üçün bəhanə axtarır“

Tarix 20.10.18, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın xarici işlər nazirliyi bəyan edib ki, ABŞ növbəti ittihamla Rusiyaya qarşı yeni sanksiyalara bəhanə axtarır. “İnterfaks” ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Vaşinqtonun, rusiyalı qadın Elena Xusyaynovanı ABŞ-dakı aralıq seçkilərə qarışmağa cəhddə ittiham etməsinə münasibət bildirərkən deyib.

ABŞ prokurorları Elena Xusyaynovanı ABŞ seçkisinə müdaxiləyə cəhddə iitiham edirlər. Bu, gələn ay keçiriləcək mövsümarası seçkiyə müdaxilə cəhdi ilə bağlı ilk belə ittihamdır.

Prokurorlar oktyabrın 19-da Virciniya ştatının Aleksandriya şəhərinəki federal məhkəməyə ittihamnamə təqdim ediblər. İttihamnamədə Elena Xusyaynova “Laxta layihəsi” adlı əməliyyat keçirməkdə günahlandırılır.

Sənəddə deyilir ki, bu əməliyyat Kremllə sıx bağları olan Sankt Peterburqlu biznesmen tərəfindən maliyyələşdirilir.

Və məqsəd “Birləşmiş Ştatlara qarşı informasiya müharibəsi” aparmaq və amerikalı namizədlərə, habelə ümilikdə ABŞ-ın siyasi sisteminə etimadsızlıq yaratmaqdır, sənəddə deyilir. Bu layihəni maliyyələşdirənin Sankt Peterburqdan olan iş adamı Yevgeny Prigozin olduğu ehtimal olunur.

ABŞ-ın xüsusi prokuroru Robert Mueller ilin əvvəllərində Priqozinə qarşı ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittiham irəli sürüb və onun barəsində cinayət işi qaldırıb.

Noyabrın 6-da keçiriləcək seçkidə ilk növbədə respublikaçıların Nümayəndələr Palatası və Senatda çoxluğu saxlayıb-saxlaya bilməyəcəyini müəyyən edəcək.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap