Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Rusiya Xəzər strategiyasını niyə dəyişdi? –Astanada imzalanacaq razılaşmanın pərdəarxası

Tarix 09.08.18, 21:24

Font ölçüsü : - / +
bitmap-img6

Rusiya Xəzər strategiyasını niyə dəyişdi? –Astanada imzalanacaq razılaşmanın pərdəarxası


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin sammiti keçiriləcək. “Xəzəryanı ölkələr problemli dənizlərinə əncam çəkməyə hazırdırlar”. “Financial Times” qəzetində dərc olunmuş məqalədə Henry Foy vaxtilə Sovet İttifaqıyla İran arasında bölünmüş Xəzərin 1992-ci ildə sovetlərin çöküşündən sonra beş xəzəryanı ölkə üçün diplomatik höcət mənbəyinə çevrildiyini yazır.

Xəzərin statusu bir sıra layihələrin yolunda qaratikan kimi bitib. Bunlardan biri də Türkmənistanın dənizin dibiylə Azərbaycana, oradan Avropa bazarlarına uzadılmasını təklif etdiyi 300 kilometrlik qaz kəməridir.

Ancaq müəllif qeyri-müəyyənliyin azaldığını yazır. Rusiya türkmən kəmərinə etirazlarını bir kənara qoyub. Moskva keçmiş sovet ölkələrilə daha sıx əməkdaşlıq və təhlükəsizlik təminatları əvəzində digər tələblərindən də əl çəkəcəyini deyir.

“Bir-birinə tamamilə əks mövqe tutmuş ölkələri bir araya gətirə bilmişik. Bunu çoxdandır gözləyirdik”, – danışıqlarda iştirak edən bir nəfər qəzetə deyib.

Danışıqların mahiyyəti Xəzərin dəniz, yaxud böyük göl olmasıyla bağlıdır. Beynəlxalq sazişlər dənizləri və okeanları əhatələyir, sahil boyunca ölkələrin, iqtisadi və hərbi zonaların sərhədlərini müəyyənləşdirir. Diplomatların deməsinə görə, Moskva və Tehran bu qaydaların Xəzərə də aid olmasını istəyiblər.

Ancaq göllərlə bağlı qlobal qaydalar yoxdur və yenə də rəsmilərin sözlərinə görə, Azərbaycan Xəzərin bu əsasla bölünməsini istəyib.

SAZİŞ HANSI MƏSƏLƏLƏRİ ƏHATƏLƏYƏCƏK

“Problemlərin mürəkkəbliyinə və danışmanların milli maraqlarındakı ciddi fərqlərə baxmayaraq, sahil ölkələri tədricən anlamağa başladılar ki, dənizdəki fəaliyyətin bütün spektrləri hərtərəfli həll olunmalıdır. Kənardan elə görünə bilər ki, iş dayanıb, amma elə deyil”, – Qazaxıstanın Xəzər məsələləri üzrə baş təmsilçisi Zülfiyyə Amanjolova deyib.

Qəzetin əməkdaşı gördüyü sənədlərə əsasən yazır ki, bazar günü əldə olunacaq razılaşma “dəniz ərazisinin delimitasiyasını, dənizin dibinin bölgüsünü, hərbi əməkdaşlığı və iqtisadi fəaliyyəti… gəmiçiliyi, ətraf mühitin qorunmasını, dəniz elmi tədqiqatlarını” əhatələyəcək.

Hazırda Qazaxıstanın rəhbərlik etdiyi konsorsium Xəzərin şimal-şərqindəki Kaşağan layihəsi çərçivəsində neft hasil edir. Rusiyanın “Lukoil” şirkəti ölkə sahillərinə yaxın ərazidə neft çıxarır. Konvensiya digər karbohidrogen hasilatı layihələrinin yolundakı əngəlləri də təmizləməlidir.

Ən əsası, dənizdibi layihələr üzrə razılaşma da gözlənir və bu, Türkmənistanın illərdir yubanan qaz kəmərinin “bəxtini aça bilər”.

Rusiya tarixən bu təşəbbüslərə qarşı çıxıb, onları “Qazprom”-un Avropaya ixracına rəqib kimi görüb. Amma diplomatlar və təhlilçilər Moskvanın etirazlarını yumşaltdığını bildirirlər. Axı, “Qazprom” onsuz da Avropa bazarında dominantlığını saxlayır. Həm də Kreml NATO və ABŞ-la gərginlik yaşadığı bir dönəmdə ənənəvi nüfuz zonası ilə yaxşı münasibətlərini qorumaq istəyir.

“Bu kəmər üzrə razılaşma böyük uğurdur. Rusiya bu məsələni bir kənara qoymaq, regionda münasibətlərini gücləndirmək istəyir”, – danışıqlarda iştirak edən bir şəxs qəzetə deyib.



“ÇOX MARAQLI HADİSƏDİR”

Siyasi riskin idarəçiliyi üzrə Prism şirkətinin tərəfdaşı Kate Mallinsonun fikrincə, Moskvanın razılığı “enerjiylə deyil, Rusiyanın Yaxın Şərq strategiyası ilə bağlıdır”, dəyişən geosiyasi düzəni əks etdirir.

Onun sözlərinə görə, Azərbaycanın həm yerli istehlak, həm də Avropaya yeni kəməri doldurmaq üçün qaza olan ehtiyacı da Türkmənistanla danışıqları asanlaşdırıb.

Avropanın ən böyük qaz təchizatı şirkəti olan SNAM-ın rəhbəri Marco Alverà düşünür ki, Xəzərlə bağlı gözlənən razılaşma “çox maraqlı hadisədir”.

“Türkmənistanın qazı çoxdur, həm də bu əlyetərli, ucuz kəmərdir. Bu, Avropa və Azərbaycan üçün böyük seçimdir. Əlbəttə, bunda maraqlıyıq, amma yekun qərarı gözləməliyik… Tikintinin başlanması illər çəkə bilər”, – o vurğulayıb.

Əldə olunacaq konvensiyaya görə, yalnız onu imzalayan ölkələr dənizdə hərbi baxımdan iştirak edə bilərlər. Yəni, bu, NATO-nun Xəzərdə hər hansı potensial iştirakını əngəlləyir. Rusiya Xəzərdə ən güclü donanması olan ölkədir, buradakı hərbi gəmilərindən Suriyaya, 600 kilometrlik məsafəyə raket atmaq üçün istifadə edib.

“Financial Times” yazır ki, Moskva Tehranla da sıx əlaqələr saxlamaqda maraqlıdır, bu onun Yaxın Şərqdə böyük oyunçuya çevrilmək planının bir hissəsidir. Bu iki ölkə Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. Rusiyanın enerji şirkətlərinin isə İranın neftə və qaz sektoruna sərmayə qoymaq planları var.

(Azadlıq radiosu)




Xəbərin oxunma sayı : 328




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap