Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyada “İSKƏNDƏR” yanğısı... – Paşinaynın açıqlaması Moskvanı qəzəbləndirib

Tarix 25.02.21, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın “İskəndər” ballistik raketləri barədə həqiqətləri deməsi, bu silahın əslində məhd edildiyi kimi yüksək keyfiyyətlərə malik olmamasını açıqlaması Moskvada əsl hiddət fırtınasına səbəb olub. Rusiyanın rəsmi şəxsləri, millətçi ekspertlər, hətta “5-ci kalon” təmsilçiləri “İskəndər”ləri dünyanın az qala ən mükəmməl silahı kimi təqdim etməyə cəhd edirlər.

Azadliq.org-un məlumatına görə, Rusiya Dövlət Dumasının müdafiə komitəsi sədrinin müavini Viktor Zavarzin fevralın 24-də “Qovorit Moskvı” radiostansiyasına müsahibəsində Paşinyanı yalançılıqda ittiham edib.

Xatırladaq ki, Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı “İskəndər” raket komplekslərinin keyfiyyətsizliyindən söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış “İskəndər” raketləri tam gücü ilə partlamayıb. Lakin Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, bu raketlərlə bağlı heç bir problem ola bilməzdi.

Nikol Paşinyan “İsgəndər” barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi. Sarkisyan demişdi ki, o bu raketlərin niyə müharibənin üçücü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında və başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılımadığını başa düşmür.


Keçmiş prezident bunu da iddia etmişdi ki, onda “İskəndər” raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var. Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.

Sarkisyan öz müsahibəsində Paşinyanın adını çəkməmiş, onu “kapitulyant” adlandırmışdı. Paşinyan da Sarksiyanın adını çəkməyib və onu “rədd edilmiş” adlandırıb: “Rədd edilmiş bir çox sualların cavabını bilir və cavabını bildiyi sualları verməməlidir. Bəlkə o belə bir suala cavab versin ki, niyə atılan “İsgəndər” raketi və raketləri partlamayıb və ya cəmi 10 faiz effektlə partlayıb”.

Baş nazir bu raketlərin 1980-ci illərin silahı olduğunu deyib.

Zavarzin isə iddia edib ki, guya, “İskəndər” raketləri yüksək dəqiqliyə malik müasir silahdır və bundan əvvəl dəfələrlə hərbi təlimlərdə özünü doğruldub.

Rusiya Dövlət Dumasının başqa bir deputatı, Rusiya-Suriya parlamentlərarası dostluq komitəsinin başçısı Dmitri Sablin isə deyib ki, Paşinyanın “İskəndər” raketləri barədə dedikləri ən azı onun səriştəsizliyini göstərir:

“Pis qərar isə ayaqlara mane olar. Bu atmacalı xalq məsəli bu yaxınlarda baş vermiş müharibədə “İskəndər” raketlərindən istifadə edildiyini və onların köhnəldiyini deyən Ermənistan liderini çox yaxşı xarakterizə edir”. Rusiya mediasını qəzəbləndirən bu olub ki, Ermənistan Moskvanın keçmiş sovet məkanında “İskəndər” raket sistemini satdığı ilk ölkə olub.

“Vedomosti” qəzeti xatırladıb ki, Ermənistan Rusiyanın “İskəndər” raket kompleksini satdığı ilk xarici ölkə olub və Yerevan bu raketləri 2016-cı ildə keçirdiyi hərbi paradda nümayiş etdirib.

“Meduza” müstəqil internet qəzeti isə qeyd edir ki, Ermənistan “İskəndər” raketini almış yeganə xarici dövlətdir. Xəbərdə deyilir ki, Ermənistana 4 “İsgəndər” kompleksi verilib.

Hərbi ekspert Aleksandr Qolts “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib ki, “İskəndər” raketlərinin döyüş xüsusiyyətləri barədə təsəvvür heç kəsdə yoxdur. Paşinyanın bəyanatı barədə “Gazeta”, “Lenta”, “Kommersant” və “Vesti” nəşrləri də fikir bildiriblər.

RIA Novosti agentliyi yazır ki, Qarabağ müharibəsində “İskəndər” raketlərindən istifadə edildiyi barədə məlumatı ilk dəfə ötən ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan vermişdi. Rusiya mediası yazır ki, Paşinyan Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə olunmasını faktiki olaraq təsdiqləyib.


Keçmiş müdafiə naziri Seyran Ohanyan deyib ki, “İskəndər” raket kompleksləri 2015-ci ilin sonlarında, onun vəzifədə olduğu vaxt alınıb:

“Mən düşünmürəm ki, belə bir şey mükündür. Bu nə deməkdir ki, raketlərdən 10 faiz istifadə edilib və ya raketlər cəmi 10 faiz partlayıb? Bu nə deməkdir? Raket hədəfə dəyəndə onun 10 faizi partlayıb, 90 faizi partlamayıb?..”

Paşinyan komandasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan deyib ki, baş nazirin bəyanatı dəqiqləşdirilməlidir. Koçaryan Şuşa istiqamətində “İskəndər” raketlərindən istifadə edilməsi barədə iddianın doğru olmadığı bildirib. Rəsmi Moskva hələlik Paşinyanın bəyanatına münasibət bildirm



Xəbərin oxunma sayı : 715




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap