Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyada dünyada ilk dəfə insanın H5N8 virusuna yoluxması aşkarlanıb - Yeni pandemiya gəlir?

Tarix 20.02.21, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın cənubunda fəaliyyət göstərən quşçuluq fabriklərindən birində çalışan 7 işçidə “quş qripi”nin yeni ştammı aşkarlanıb. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarına və insan rifahının təmin olunmasına nəzarət üzrə federal xidmət-red.) rəhbəri Ann Popova mətbuata məlumat verib.

Anna Popova “Vektor” araşdırma mərkəzinin alimlərinin virusu rusiyalıların genetik materialında göründüyünü bildirib. Xatırladaq ki, həmin müəssisədə “quş qripi” hələ ötən ilin dekabrında qeydə alınmışdı.

Rusiya rəsmisi bunun dünyada H5N8 virusu ilə ilk yoluxma hadisəsi olduğunu bildirib.
“7 nəfərin hamısı özünü çox yaxşı hiss edir, infeksiya xəstəliyinin klinik müddəti da onlarda yüngül keçib. Lakin alimlərimiz virusun insan orqanizmində yaratdığı dəyişiklikləri və bədənin immun cavabını izləyə biliblər”,-deyə o söyləyib.

Anna Popova virusun hələ ki insandan insana keçməyə qədər mutasiya etmədiyini sözlərinə əlavə edib. Bununla bağlı ekspertlərin qəti rəyi də mövcud deyil.

Rusiya artıq Dünya Səhiyyə Təşkilatına yoluxma halları barədə məlumat verib. “Vektor” mərkəzi isə H5N8 virusunun növlər arası maneəni aşmasına imkan verən mutasiyaların genom sıralanması ilə bağlı məlumatları GISAID bazasına yerləşdirib.



Xəbərin oxunma sayı : 682




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap