Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiyada əhalinin 76 faizi referendumda “hə” deyir? – Dövlət təşkilatı sorğunun nəticələrini açıqladı

Tarix 29.06.20, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTsIOM) iyunun 29-da rusiyalıların Konstitusiyaya dəyişikliklərə necə səs verməsilə bağlı sorğunun nəticələrini dərc edib. Dövlətin nəzarətində olan mərkəzin əməkdaşları vətəndaşları səsvermə məntəqələrindən çıxanda danışdırıb.

Mərkəz bildirir ki, rusiyalıların 76 faizi dəyişiklikləri dəstəkləyib. 23,6% dəyişikliklərin əleyhinə səs verdiyini, 0,6% bülletenləri korladığını deyib.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib ki, ekzit-poll nəticələrinin açıqlanması qanun pozuntusu deyil.

“Təəssüf ki, bu məsələ bizdə qanunla tənzimlənmir, bunu qadağan edəsi rıçaqlarımız yoxdur. Bircə onu xahiş elədik ki, heç olmasa, səsvermə bitənədək ekzit-polların nəticələri açıqlanmasın. Ancaq bu zaman yalnız tövsiyə verə bilərdik”, – o deyib.

Politoloq Valeri Solovey “MBX media”ya müsahibəsində deyib ki, Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergey Kiriyenko Vladimir Putinə səsverməyə seçicilərin 65 faizinin gedəcəyi vədini verib

“Belə bir məqsəd qoyulub, 73-75 faiz isə “hə” deməlidir. VTsIOM –un, belə deyək, ekzit-poll nəticəsinə baxanda bu rəqəmlərə doğru gedildiyini görürük”, – o bildirib.

VTsIOM iyunun 18-də açıqladığı rəy sorğusunda bildirirdi ki, rusiyalıların 68 faizi səsverməyə getməyi planlaşdırır, 47 faizi bunu mütləq edəcək. “Nastoyasheye Vremya” yazır ki, adətən, VTsIOM -un seçkiqabağı sorğularının nəticələri səsvermədən sonra açıqlanan nəticələrlə üst-üstə düşür.

Müstəqil Levada Mərkəzinin fevralda keçirdiyi sorğu da seçicilərin 64 faizinin səsverməyə gedə biləcəyini göstərmişdi. Ancaq bu nəticə koronavirus pandemiyasından öncə ortaya qoyulmuşdu, yay tətilləri nəzərə alınmamışdı.

Səsvermənin baş tutması üçün seçici iştirakı 50 faizdən az olmamalıdır. Müstəqil ekspertlərin fikrincə, Rusiyada hakim orqanlar son həftələr referendumda iştirak göstəricilərini qaldırmağa çalışırlar, büdcə təşkilatları işçilərini vaxtından qabaq səs verməyə məcbur edirlər.

Konstitusiyaya dəyişikliklər üzrə səsvermə iyunun 25-dən başlanıb, rəsmi səsvermə tarixi isə iyulun 1-nə təyin olunub. Dəyişikliklərin ya lehinə, ya da əleyhinə səs vermək təklif olunur.

Dəyişikliklərə Vladimir Putinin əvvəlki prezidentlik müddətlərinin sıfırlanması, rus dilinin “xalqın dövlətformalaşdırma dili” statusunun möhkəmləndirilməsi, Konstitusiyaya Allah anlayışının salınması, nikahın yalnız kişi ilə qadının ittifaqı kimi təsdiqlənməsi daxildir. (azadliq.org)



Xəbərin oxunma sayı : 2032




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap