“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyada Google barədə araşdırma başlayıb - ABŞ nəhəngi nədə ittiham olunur?

Tarix 24.11.20, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın media tənzimləyicisi "Roskomnadzor" ABŞ-n Google texnologiya nəhənginə qarşı araşdırmaya başlayıb. Google şirkətinin qadağan olunmuş kontenti axtarış mühərrikindən çıxarmadığı bildirilir.

Roskomnadzor noyabrın 23-də bəyan edib ki, Google axtarış mühərrikindəki “təhlükəli kontent”in 30 faizini silmir.

“Şirkət Rusiya qanunvericiliyinin tələblərinəəməl etməməkdə ittiham olunur”, – bəyanatda vurğulanır.

İddia olunan təhlükəli kontentə ekstremizm, pornoqrafiya, intiharın təbliği kimi mövzuların daxil olduğu bildirilir. Bu administrativ prosedur məhkəmə işilə və 5 milyon rubladək (65 min 670 dollar) cəriməylə nəticələnə bilər.

Google hələlik, məsələni şərh etməyib.

Rusiya qanunvericiliyinə görə, axtarış mühərrikləri Rusiyada bloklanmış saytları axtarış nəticələrindən çıxarmalıdır. Bundan ötrü isə onlar qadağan olunmuş saytların reyestri iləəlaqə qurmalıdırlar.

Google daha öncə də nisbətən kiçik məbləğlərdə cərimələnib, Roskomnadzorun qadağan olunmuş informasiya reyestrinə uyğun olaraq axtarış nəticələrinin filtrindən imtina edib.

Şirkət mütəmadi olaraq axtarış mühərriklərindən qadağan olunmuş saytları çıxarır, ancaq bunu avtomatik deyil, qadağanın əsaslarını öyrənəndən sonra edir. (azadliq.org)



Xəbərin oxunma sayı : 715




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap