Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiyadan xristian dünyasını çalxalayacaq gözlənilməz qərar –Kilsələrdə dua edilməsinə qadağa qoyuldu

Tarix 17.10.18, 0:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Pravoslav Kilsəsi Konstantinopol Patriarxlığına daxil olan kilsələrdə dua edilməsinə qadağa qoyub.

Belə ki, Rus Pravoslav Kilsəsinin təmsilçisi İqor Yakimçuk qadağanı pozan din adamlarının cəzalandırılacağını açıqlayıb.

Onun sözlərinə görə, qərara əməl etməyən dindarlar tövbə etmək məcburiyyətində qalacaqlar.

Rus Pravoslav Kilsəsi qərar çərçivəsində Türkiyə və Yunanıstanın Girit, Rodos, eyni zamanda Aynoroz adalarındakı kilsələrdə dua edilməsinə qadağa qoyub.

Məlumdur ki, Rus Pravoslav Kilsəsi Ukrayna kilsəsinin müstəqil olmaq müraciətini təsdiq edən Konstantinopol Patriarxlığı ilə əlaqələrini dayandırıb. Ukrayna Pravoslav Kilsəsi isə Rusiya kilsəsindən ayrılmaq və müstəqil Ukrayna Pravoslav Kilsəsi qurmaq istəyir.

Ukrayna parlamenti məsələ ilə əlaqədar müvafiq qanun layihəsini artıq qəbul edib. Bununla bağlı Konstantinopol Patrixarxlığı da məlumatlandırılıb/Teleqraf.com.



Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap