Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

Rusiyalı çempionun ölümü ilə nəticələnən davanın səbəbi bəlli oldu – TƏFƏRRÜAT (VİDEO)

Tarix 21.08.17, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada idmançını qətlə yetirən azərbaycanlı Anar Allahverənovun axtarışı davam etdirilir.

Xəbər verdiyimiz kimi, pauerliftinq (Ağırlıq qaldırma) üzrə Dünya və Avropa çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı "Qalareya” kafesindən çıxarkən azərbaycanlı qaydasız döyüş üzrə (MMA döyüşçüsü) idmançı Anar Allahverənovla döyüşə çıxıb və Allahverənov bir neçə zərbəylə onu öldürüb.

Hadisə zamanı yaxınlıqdakı təhlükəsizlik kameraları işlək vəziyyətdə olub və bunun sayəsində hadisə anbaan qeydə alınıb. Heç kəsin qarışmadığı davada Anar Andrey Draçova 2 ayaq və 4 yumruq zərbəsi endirib. Bununla da dünya çempionu dünyasını dəyişib.  Pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən 25 yaşlı Anar Allahverənov hazırda axtarışa verilib. Hazırda Xabarovskda Anarın tapılması üçün bütün yollara nəzarət edilir. Artıq şəhərin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına Anarın şəkli olan vərəqələr yapışdırılıb. Onun yaxınları, dostları bir-bir dindirilir, hər birindən Anarın yeri haqqında məlumat öyrənməyə çalışırlar. Güman edilir ki, Anar gecə ilə şəhəri tərk edib. Bu səbəbdən Anarın axtarışı bütün region üzrə aparılır. Bu sahə üzrə ən təcrübəli müstəntiqlər və əməliyyatçılar axtarışa cəlb edilib. Artıq 48 saatdır ki, Anar Allahverənov polisdən gizlənə bilir. 

Musavat.com hadisə haqqında bəzi maraqlı detalları əldə edib. İlk olaraq onu qeyd edək ki, Anar Allahverənov qarışıq döyüş növləri ilə məşğul olub. O, bir neçə turnirdə uğurlar qazanıb.

Sözügedən hadisəyə qədər Xabarovskdakı Dəmiryolu institutunda təhsil alırmış. Təhsili ilə yanaşı tikintidə briqadir işləyirmiş.

Anar Allahverənovla Andrey Draçov öncədən də tanış imişlər. Əldə etdiyimiz məlumata görə, Anarla Andrey vaxtı ilə eyni idman məktəbinə gediblər. Aralarında uzun müddətdir ki, ədavət olub.  Hər iki idmançı son hadisəyə qədər dəfələrlə bu tipli davalarda qarşı-qarşıya gəliblər. Sonuncu davanın əsl səbəbi isə hansı idman növünün daha yaxşı olması ilə bağlı olub. Beləcə kafedən içkili şəkildə bayıra çıxan idmançılar növbəti davaya çıxıblar. Nəticədə də Andrey Draçov ölüb. 

Draçov 1985-ci ildə Xabarovsk şəhərində anadan olub və uzun illər peşəkar idmanla məşğul olub. 120 kiloqrama qədər çəki kateqoriyasında Dünya və Avropa çempionluğu da olan Draçov, kiçik-böyük bir çox yarışda da iştirak edib. 

Bir çox peşəkar döyüş üzrə idmançılar hadisə zamanı Anarla Allahverənovun yerə yıxılan Andrey Draçova vurduğu 4 yumruq zərbəsinin əsl ölümcül zərbə olduğunu deyiblər: “Ayağı ilə vurduğu ilk zərbə Andreyi şoka salıb. İkinci zərbə isə huşunu itirməsinə səbəb olub. Bəlkə də o anda həyatını itirib. Amma yerə yıxılandan sonrakı Anarın vurduğu yumruq zərbələri əsl ölümcül zərbələrdir. O, qaydasız döyüşçü olduğu üçün bu ondan instinktdir. Onlar bütün döyüşlərdə rəqibi yerə yıxıb, sifətinə güclü zərbələr endirirlər. Bu davada da elə olub”. 

Musavat.com








Xəbərin oxunma sayı : 274

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda