Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rusiyalı milyarder də Monakoda həbs edildi

Tarix 06.11.18, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


“Monako” futbol klubunun sahibi, rusiyalı milyarder Dmitri Rıbolovlev Monako knyazlığı prokurorluğunun tələbi ilə həbs edilib.

Virtualaz.org “Le Monde” nəşrinə istinadən xəbər verir ki, Rıbolovlev korrupsiyada, “nüfuz alveri” faktlarında və bu cinayətlərdə iştirakda şübhəli bilinir, araşdırma aparılır. Onun Monte-Karlodakı yaşayış kompleksindəki evində axtarış aparılıb.

Hollandiyanın “nrc.nl” nəşri “Football Leaks” platformasının məlumatlarına istinadən bildirir ki, AİM Hollandiya şirkətinin başçısı Bernard de Roos Rıbolovlevlə saziş baölayıb və həmin saziş çərçivəsində rusiyalı milyarder maliyyə “fair play” qaydalarından yan keçməklə futbol klubuna vəsait yatıra bilirmiş.

Müqavilə 2014-cü ildə bağlanıb. De Roos “Monako”ya 10 il ərzində 1,4 milyard avro gətirməyə söz verib, başqa sözlə, gəlirlərin 10 dəfə artırılması vədini verib. Şərtlərə əsasən, vəsaitlər şirkətə qaytarılmalı idi.

Dmitri Rıbolovlev “Monako” FK-nın nəzarət səhm zərfini 2011-ci ildə alıb. 2,5 il ərzində o, kluba 325 milyon avro investisiya yatırıb və “nrc.nl”in bildirdiyinə görə, UEFA bundan əvvəl də klubun maliyyə mənbələrini şübhəli hesab etdiyini vurğulamışdı.



Xəbərin oxunma sayı : 247




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap