|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Rusiyanı gözləyən fəlakət... - Üç ssenaridən hansı baş verəcək?
Tarix 21.08.22, 11:08 |
|
Sanksiyalar və beynəlxalq təcrid Rusiyanı ağır iqtisadi uçuruma doğru sürükləməkdədir.
Ukraynaya qarşı başlatdığı müharibəyə görə problemlər yaşayan Rusiya iqtisadiyyatı böhranlı vəziyyətdədir. İdxal çöküb, ÜDM-in təxminən beşdə ikisini təşkil edən şirkətlər isə ölkəni tərk edib gedib. Beynəlxalq hesabatlara görə, Qərbin görünməmiş sanksiyalarının yaratdığı vəziyyət Rusiya iqtisadiyyatını çökdürür. Rusiya rəsmiləri bu ilin sonuna kimi iqtisadiyyatın 9 faiz azalacağını etiraf edirlər. Maraqlıdır ki, Kreml rəhbərliyinin maliyyə artımı, rusların rifahının yaxşılaşması kimi bəyanatları Rusiya İqtisadiyyat Nazirliyinin proqnozları ilə üst-üstə düşmür.
Analitiklər hesab edir ki, Rusiyanın müharibədən sonrakı iqtisadi ziyanı çoxlarının düşündüyündən də qat-qat çoxdur. Kreml isə işğaldan sonra iqtisadiyyatla bağlı yaydığı rəsmi məlumatların sayını azaldıb və nəticələri ört-basdır etməyə çalışır. İşğaldan sonra rəsmi iqtisadi hesabatlar getdikcə daha diqqətlə tərtib olunur. Siyasilər əlverişsiz rəqəmləri hesabatlardan çıxarır və yalnız əlverişli olanları açıqlayırlar.
Xatırladaq ki, müharibə başlayandan sonra 1000-dən çox şirkət Rusiyadan çıxıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 600 milyard dollardan çox, yəni ÜDM-nin təxminən 40 faizi həcmində azalıb. Hazırda Rusiya rublunun məzənnəsi möhkəm görünsə də, bu, iqtisadiyyat üçün müsbət nəticələrə səbəb ola bilmir. Rusiya neft və qaz satışından xarici valyuta ala bilir, amma bu pulları effektli şəkildə xərcləmək mümkün deyil. Çünki sanksiyalar üzündən Rusiya idxal-ixrac əməliyyatlarını yalnız məhdud həcmdə apara bilir.
Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.
Rusiya iqtisadiyyatını nələr gözləyir?
Artıq Rusiya mediasında da müharibənin və sanksiyaların vurduğu ziyandan geniş bəhs edilir. Məsələn, “Rosbalt” yazır ki, qısa müddətdə dərman və qida təminatında ciddi çatışmazlıq müşahidə olunacaq. Çünki ölkə xaricdən gələn dərmanlardan asılıdır. Qida məhsullarının isə 60 faizdən çox hissəsi xaricdən alınır. Rusiyada işsizlik dalğası ola bilər. Çünki ölkədə elə bir sənaye sahəsi yoxdur ki, xarici şirkətlərlə bağlı olmasın.
Bu arada Rusiya hakimiyyətinə yaxın analitiklərin hazırladıqları hesabat da şok effekti doğurub. Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) hesabatında 2022-2030-cu illər üçün dünya və Rusiya iqtisadiyyatında yaşanacaq ssenarilər təqdim edilib. Mərkəz əməkdaşlarının uzaq perspektivlə bağlı proqnozları daha maraqlıdır. Cari onillikdə CMASF Rusiya üçün üç ssenarini proqnoz edir. Birinci ssenari “Avtarkiya”dır. Onun baş vermə ehtimalı 10-15 faiz götürülür. Bura texnoloji səviyyənin tənəzzülü, istehsal olunan məhsulların istehlak və istismar xüsusiyyətlərinin azalması və əhalinin həyat səviyyəsinin aşağı düşməsi daxildir. İkinci ssenari “İnstitusional ətalət”dir. Onun baş vermə ehtimalı isə 45 faizdir. Məlumdur ki, Rusiyada iqtisadi və xarici siyasət sahəsində qeyri-sabitlik səviyyəsi o qədər yüksəkdir ki, hər hansı bir ardıcıl “inkişaf siyasəti” həyata keçirmək, demək olar ki, mümkün deyil. Yalnız makroiqtisadi və maliyyə (ticarət balansı, məzənnə, inflyasiya) sabitliyini qorumaq, büdcə öhdəliklərinin davamlı maliyyələşdirilməsini təmin etmək olar. Üçüncü variant - “İnkişaf üçün mübarizə”dir. Bu varianta görə, böhrandan əvvəlki standartlar artıq 2026-cı ildə bərpa olunacaq, 2030-cu ildə isə ÜDM və istehlak 2021-ci ilin səviyyəsini 10-14 faiz ötəcək.
İlk rübdə iqtisadiyyat geriləyib
Reallıq isə budur ki, Ukraynaya hərbi təcavüz Rusiya iqtisadiyyatını dörd il geri salıb və tarixdə ən uzun tənəzzüllərindən birinə səbəb olub. ÜDM bir il ərzində ilk dəfə illik 4,7 faiz azalıb. Müharibə səbəbiylə beynəlxalq sanksiyalar ticarəti pozub və avtomobil sənayesini iflic vəziyyətinə salıb, istehlak xərcləri isə aşağı düşüb. İqtisadiyyatda tənəzzül hələ şiddətli olmasa da, Mərkəzi Bank tənəzzülün qarşıdakı rüblərdə daha da dərinləşəcəyini proqnozlaşdırır və gələn ilin ikinci yarısına qədər bərpa gözləmir. Rusiyaya qarşı ən pis sanksiya texnologiyalara çıxışın məhdudlaşdırılması ola bilər. Bu, Rusiya iqtisadiyyatının bir az da daralmasına gətirib çıxaracaq.
Putinin hakimiyyəti zəifləyəcək
Qərbdə hesab edirlər ki, qarşıdakı illərdə Rusiyada Vladimir Putinin hakimiyyəti zəifləyəcək. Norveçin Fridof Nansen İnstitutunun direktoru, Rusiya üzrə ekspert İver Neuman bu fikirdədir. O hesab edir ki, Putinin ölkə iqtisadiyyatında islahatlar aparmaqdan imtinası, qonşu ölkənin ərazisini işğal etməsi onun rejiminin “sonunun başlanğıcı” ola bilər. Ancaq ekspert bunun vaxtını proqnozlaşdırmağın çətin olduğunu da sözlərinə əlavə edib. “Putin 22 il öncə hakimiyyətə gələndən iqtisadiyyatda çox az şey baş verib. Putin kimi təlim görmüş marksistin maddi faktorların vacibliyini anlamaması məni heyrətləndirir”, – deyə Neuman bildirib. O əlavə edib ki, “Putin Qərbin iqtisadiyyatı olacaq, bizimsə “iradəmiz, əzmimiz. Dəyanət göstərəcəyik” deyib. Ancaq belə alınmayacaq. Buna görə düşünürəm ki, bu, Putin rejiminin sonunun başlanğıcıdır”.
Putindən sonra nə olacaq?
Təhlilçilər Rusiyada Putindən sonra nə olacağını proqnozlaşdırmaqda da çətinlik çəkirlər. Neuman hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnının da “tipik Rusiya lideri obrazına tam uyğun gəlmədiyini” düşünür. Navalnının Antikorrupsya Fondu Rusiyada qadağan olunub, özü isə siyasi motivli hesab edilən ittihamlarla həbsdədir. Norveçli təhlilçi deyir ki, korrupsiyaya qarşı mübarizəsinə baxmayaraq, Navalnı da bəzilərinin inandığı kimi, Qərbə dost olmaya bilər. “Navalnı həbsdədir, onun hərəkətləri maraqlıdır. Ancaq o da tam qərbyönlü deyil, siyasi fəaliyyətə millətçi kimi başlayıb. Navalnının Pyotra daha çox oxşadığını düşünürəm”, – deyə Neumann vurğulayıb.
Xəbərin oxunma sayı : 1153
Analiz
Xəbərlər
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
TOP 10
ARXİV