Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyanı mitinqlər bürüdü – Video+ Fotolar

Tarix 27.03.17, 0:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın şərqində korrupsiyaya qarşı müxalifətin böyük mitinqləri başlayıb. Axar.az xəbər verir ki, Novosibirskdə keçirilən icazəli mitinqdə iştirak edənlərin sayı 2000 nəfəri keçib. Etirazçıların qarşısında qeydiyyatdan keçməmiş İnkişaf Partiyasının rəsmi nümayəndəsi Andrey Qladçenko və blogger Aleksey Navalnı çıxış edib.

Vladivostokda isə keçirilən aksiya icazəsiz olduğuna görə 20 nəfər həbs edilib. Onlar üç saat sonra azadlığa buraxılıblar.
Çitada aksiya İnqilab meydanında baş tutub. Aksiya iştirakçılarına qarşı kazaklar meydana gəliblər. Onlar Aleksey Navalnının əleyhinə plakatlar qaldırıblar.

Aksiyalar həmçinin İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekatirinburq şəhərlərində də baş tutub. Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərdə rus blogger Aleksey Navalnı da həbs edilib. Navalnı Tver vilayətində tutulub.

Mitinqlər Moskva şəhərində də baş tutub. Etirazlar zamanı onlarla şəxs polis tərəfindən saxlanılıb.

Birinci tutulma metronun “Puşkin” stansiyasının yanında qeydə alınıb. Polis əlində “Korrupsiya gələcəyi öldürür” plakatı olan aksiya iştirakçısını saxlayıb. Tutulma anı ilə bağlı “Hədlər” nəşri öz Twitter bloqunda video yerləşdirib.

Jurnalist Filipp Kireyevin Twitter-də yazdığı kimi, Puşkin meydanında əlində başqa plakat olan digər qadın da saxlanılıb. Hüquq müdafiəçisi və fəal Denis Styajkin isə “Belarusiya” metro stansiyası ərazisində 10 nəfərin tutulduğunu bildirib.

Önləyici həbslər aksiya başlayana qədər Sankt-Peterburqdada keçirilib. Orada da iki nəfər plakata görə göz altına alınıb.





 












Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap