Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ruslar “Zaporojye” AES-i partlatmaq istəyirlər - İDDİA

Tarix 08.08.22, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada təcavüzkar müharibəyə başlayan Rusiya ordusunun mənsubları indi də “Zaporojye” atom elektrik stansiyasını partlatmaqla hədələyirlər. 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukraynanın “Enerqoatom” agentliyi məlumat yayıb.

“Rusiya Silahlı qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi, hazırda “Aporeojye” AES-dəki qarnizona komandanlıq edən general-mayor Valeri Vasilyevin “burası ya Rusiya torpağı olacaq, ya da yanmış səhraya  çevriləcək” dediyi bildirilir.

“Enerqoatom” rəsmiləri “Zaporojye” AES-in bütün mühüm obyektlərinin minalanması işinə şəxsən general Vasilyevin rəhbərlik etdiyini vurğulayırlar.

"Bildiyiniz kimi, biz “Zaporojye” AES-in bütün mühüm obyektlərini minalamışıq. Və bunu düşməndən (ukraynalılardan-red.) gizlətmirik. Biz onlara xəbərdarlıq etmişik. Düşmən bilir ki, stansiya ya Rusiyanın olacaq, ya da heç kimin olmayacaq. Biz bu addımın nəticələrinə hazırıq",-deyə rus general belə cümlələr işlədib.

Qeyd edək ki, hazırda stansiyada 4 saylı enerji bloku söndürülüb. “Energoatom”un verdiyi məlumata görə, burada açılan atəşlər nəticəsində azot-oksigen stansiyası və birləşmiş köməkçi bina zədələnib.



Xəbərin oxunma sayı : 505




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap