Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rza Zərrabın məhkəmə işi Türkiyəni silkələyib:qardaş ölkəni şok yaşantılar gözləyir – Araşdırma

Tarix 04.12.17, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Arif Asalıoğlu

regnum.ru, 03.12.2017

Keçən həftə Türkiyə mətbuatında ən populyar və müzakirə edilən mövzu ABŞ-ın Nyu-York məhkəməsində mühakimə edilən İran mənşəli Türkiyə biznesmeni Rza Zərrabın ifadəsi olub. Mynethaber.com, CNN Turk və başqa qaynaqların verdiyi məlumatlara əsasən, iş üzrə Türkiyənin Halkbank dövlət bankı baş direktoru müavini Hakan Atilla ilə birgə adı keçən Rza Zərrab andlılar məhkəməsinin toplantısı zamanı ifadə verməyə başlayıb. Onun sözləri bir anda bomba kimi Türkiyə cəmiyyətini silkələyib. Zərrab bildirib ki, Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verib, Türkiyə prezidenti Rəcəb Ərdoğan isə baş verənlərin hamısına “razılıq verib”.

Biznesmen İranla qızıl ticarətinin necə getdiyini andlılara təsvir edib. Zərrab iddia edir ki, keçmiş iqtisadiyyat naziri ticarətdən gəliri 50% 50%-ə prinsipiylə bölmək təklifi verib: “Mən ona cəmi 45-50 milyon avro ödəmişəm. Valyutanın başqa növlərini hesaba salmıram, çünki bunlar həddindən artıq çox idi”.

Zərraba sual veriblər: “Çağlayana hansı şəkildə ödəniş edirdiniz?” Müttəhimin sözlərinə görə, nəqd, qiymətli əşyalar və bank köçürmələri ilə ödəyib. Nazirin ailəsinin ödənişdə iştirak edib-etmədiyi haqda sula Zərrab “bəli” cavabı verib.

Prokurorun məhkəmə zalında təqdim etdiyi sxem diqqət çəkib. İşdə adı keçən şəxslərin adları olan yuxarı hissədə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın, həmçinin İran ruhani lideri Əli Xameneinin   adı var. Onların altında İranın o dövrdəki məmurları yerləşib. Daha aşağıda prokurorun boş buraxaraq ad yerinə sual işarələri qoyduğu  xanaların yanında Halkbankın baş direktoru müavininin, bankın baş direktoru Süleyman Aslanın, nazir Çağlayanın və Zərrabın adı yazılıb. “Hurriyet” qəzetinə əsasən, biznesmen kimə, nə qədər və hansı məqsəd üçün rüşvət verdiyini ayrıntılarla izah edib. Reuters-in məlumatına görə, Türkiyənin Avropa Birliyi məsələləri üzrə keçmiş naziri Egemen Baqışın fotoşəkli məhkəmə zalında göstərilib. Reuters xəbər verir ki, Aktifbank-da hesab açmaq üçün uğursuz ilk cəhddən sonra Baqış rüşvət əvəzində Aktifbank-ın baş direktoruyla Zərrabın görüşünü təşkil edib. Zərrabın sözlərinə görə, bankirlər onu məlumatlandırıblar ki, İranla biznes aparacaq müştərilərin hesab açması üçün özəl icazə lazımdır. Zərrab “Biz İrana heç vaxt qızıl göndərməmişik” deyərək bu zaman ona təqdim olunan telefon danışıqlarının yazısını tanıyıb. Prokurorun Halkbank-ın keçmiş baş direktoru və onun sağ əli Abdulla Happaniylə danışıqları xatırlayib-xatırlamadığını soruşanda Zərrab cavab verib: “Xatırlayıram”.  


Zəfər Çağlayan

Andlılar jürisinin iclası zamanı işdə adı keçən adamların adları da elan edilib. Onların bəziləri şahid, bəziləri isə müttəhim qismində iştirak edəcəklər. Gözlənildiyi kimi, Zərraba qarşı ifadə verəcək kəslərin siyahısında bir neçə maraqlı soyadı var. Bu, birinci növbədə, Ərdoğan, oğlu Bilal Ərdoğan, keçmiş nazirlər Baqış və Çağlayan, Çağlayanın oğlu və qardaşıdır. Onların hüquqi statusu işin sıradakı mərhələlərində aydınlaşacaq. Bu işin yekunu üzrə Türkiyədə birinci növbədə iqtisadi xarakterli bəzi çətinliklərin meydana çıxması ehtimalı var. Andlılar Halkbank, Aktifbank kimi müəssisələri, həmçinin işdə adı çəkilən şəxsləri “təqsirli” bilsələr, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə İdarəsi xüsusi irihəcmli cərimələr müəyyən edə bilər. Ola bilsin, siyasətə dəxli olan adamlar hətta ölkə hüdudlarını da tərk edə bilməzlər.

Keçmiş müşavir xəbərdarlıq edib: hər şey Ərdoğanın ittiham edilməsinə doğru gedir, təhlükə böyükdür

Ərdoğanın baş nazir olduğu dövrdə onun müşaviri vəzifəsini tutmuş Kamal Öztürk mühüm açıqlama verib. O, “Yeni Şafak” qəzetində basılmış “Siyasətə yol dəyişilib” başlıqlı məqalədə bu həftə baş verən hadisələri, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) çərşənbə axşamı parlamentdə qrup toplantısı zamanı prezidentin çıxışını yada salıb. “Siyasətə yol dəyişilib, – o bildirib. – Və onun çox sərt şəkildə dəyişildiyini sıradakı bir neçə seçkidən sonra görə bilərik. Bu cür partiyaların təmsilçiləri Ankaranın görmək istədiyi bölgələrdə seçicilərin qarşısında dura bilməyəcəklər. Dursalar da, xalq başqalarını seçəcək və parlamentdəki çoxluq itiriləcək. Bu isə öz növbəsində hökumətin fəaliyyətinin qabağını alacaq, prezidentin ünvanına itithamlar üçün səbəb olacaq. Belə ki, təhlükə böyükdür”.

“Ərdoğan və hökuməti üçün biabrıçı fakt”

Britaniyanın “Financial Times” qəzeti xəbər verib ki, biznesmen Zərrabın iqtisadiyyat nazirini satın aldığı haqda ifadəsi Ərdoğan hökuməti üçün biabırçı faktdır. Nəşr qeyd edir ki, bu məsələ ABŞ və Türkiyə arasındakı münasibətləri pisləşdirə bilər. Müəllif xatırladır ki, Türkiyə prezidenti daxil olmaqla Türkiyə hökuməti bu işi “Ankaraya qarşı Amerika sui-qəsdi” adlandırıb.

ƏİP-in bütün deputatları saraya çağırılıb

“Sözçü” qəzetinin xəbər verdiyi kimi, Ərdoğan Zərrabın işi üzrə yeni sənədləri müzakirə etmək üçün ƏİP deputatlarını çağırıb. Hakim partiyanın qaynaqlarından alınmış məlumata əsasən, prezident parlamentarilərlə qrup görüşləri keçirib. O, deputatları məlumatlandırıb və bu haqda hansı mövqeyi tutmaq lazım gəldiyi barədə fikrini deyib.

Xalq Cümhuriyyət Partiyasından sarsıdıcı sənədlər

Xalq Cümhuriyyət Partiyası (XCP) lideri Kamal Kılıcdaroğlu partiya toplantısı vaxtı Ərdoğana cavab verib. Türkiyə prezidenti qabaqlar sıradakı bəyanatı verib: “Mənim pullarımın xaricdə hansısa bankda yatdığını sübut etməyə nail olsanız, onda prezident postundan istefa verərəm”.

Kılıcdaroğlu Ərdoğana yaxın şəxslərin, o cümldən oğlu Burak və qardaşı Mustafanın hesablarındakı çıxarışları təqdim edib. Qəbzlər vəsaitlərin hesabdan-hesaba köçürüldüyü faktını təsdiq edir. Kilicdaroğlu üzərində o cümlədən swift-kodlar da olan  bir neçə bank qəbzini təqdim edərək iddia edib ki, prezident öz kürəkəni, oğlu, qudası və keçmiş spiçrayteri (siyasi xadimin çıxışlarını hazırlayan köməkçi-tərc.) onlarla milyon dolları Men adasında yerləşən hansısa offşor şirkətə göndərib. “Əgər ləyaqətli adamsansa, lazım gələni et”, – deyə Kılıcdaroğlu Ərdoğana üz tutub.

ƏİP keçən həftə Zərrab işi üzrə hadisələr üzündən ciddi şəkildə çaxnaşmaya düşəndən sonra bütün Türkiyə CXP liderinin bəyanatını dinlərklən hakim partiyanın mətbuat katibi Mahir Yunal Ərdoğanın deputatlarla görüşündən bir an sonra bəyanat verib. O deyib: “Niyə parlamentdən öz yalanlarınız üçün istifadə edirsiniz? Bu sənədlər saxtadır”.

Ərdoğan öz növbəsində onlarla milyon dolların Men adasındakı offşor şirkətinə ötürüldüyü haqda qəbzləri şərh edərək bildirib ki, “Kılıcdaroğlu bu gedişinə görə cavab verəcək”.

Tərcümə Strateq.az-ındır.

 




Xəbərin oxunma sayı : 937




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap