Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sülhməramlılar Qarabağda özlərini “sahib” kimi aparır: missiyaya mandat lazımdır

Tarix 09.09.21, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


Asif Nərimanlı: “Mandatın müəyyənləşməsi sülhməramlıların səlahiyyət çərçivəsini müəyyənləşdirəcək və bu, onların xoşagəlməz addımlarını məhdudlaşdıracaq”

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləçdirilən Rusiya sülhməramlı kontingentinin hüquqi məsuliyyətini nəzərdə tutan mandatın verilməsi məsələsi gündəmə gəlib. Məlumdur ki, 10 aya yaxındır, Qarabağda olan sülhməramlılara nə Azərbaycan tərəfindən mandat verilib, nə də BMT missiyanı rəsmi olaraq qəbul edib. Əlbəttə, Rusiya çalışır ki, Qarabağda yerləşmiş kontingent rəsmiləşsin. Hətta bir çox analitiklər bildirirlər ki, Kremldən Rəsmi Bakıya bu barədə təzyiqlər edilir.

“Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr Bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə deyib.

O həmçinin bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Hacıyev Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, 10 noyabr razılaşması sülhməramlı qüvvələr üçün siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni müəyyən edib: “Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”.

H.Hacıyevin açıqlamasından belə başa düşülür ki, 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatdan başqa Rusiya hərbi kontingentinin hazırda Qarabağda varlığını və fəaliyyətini tənzimləyən ayrı bir sənəd yoxdur.

Həmin bəyanatda isə deyilir: Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Qeyd edək ki, 2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Birgə Bəyanatdan dərhal sonra Qarabağda və eni 5 kilometr olan Laçın dəhlizində yerləşdirilib.

Prezidentin köməkçisinin açıqlamasından o da məlum olur ki, sülhməramlı kontingentə hansısa formada mandat verilə bilər: çünki müəyyən kontaktların olduğu, ilkin danışıqların getdiyi məlumdur.

Bəs Rusiyanın Qarabağdakı hərbi missiyasına mandat hansı formada verilməlidir? Məlumdur ki, sülhməramlılar ilk 5 il, tərəflərdən etiraz olmasa növbəti 5 il üçün də Qarabağda yerləşiblər. Qeyri-rəsmi informasiyalara görə, Rusiya burada qalma müddətinin ləğv edilməsində maraqlıdır. Bu isə Azərbaycanın milli maraqlarına uyğun deyil.

Açıklama yok.

Mövzu ilə bağlı AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb. Analitik qeyd edib ki, müharibədən sonra həllini tapmalı məsələlərdən biri də məhz sülhməramlıların mandatının müəyyən edilməsidir:

- Rəsmi Bakının açıqlamasından sonra məlum oldu ki, indiyə qədər Moskva ilə bu məsələ müzakirə edilir. Rusiya sülhməramlılarının mandatının müəyyən edilməsi ən vacib məsələlərdəndir. Çünki mandatın müəyyənləşməsi sülhməramlıların səlahiyyət çərçivəsini müəyyənləşdirəcək və bu, onların Azərbaycanın suveren ərazisində xoşagəlməz addımlarını məhdudlaşdıracaq. Rəsmi Bakı da tələblərini mandat çərçivəsində irəli sürə biləcək. Hazırda qeyri-müəyyənlik var. Azərbaycan sülhməramlıların funksiyası daxilində fəaliyyət göstərməsini istəyir, Rusiya sülhməramlıları isə Qarabağda özlərini “sahib” kimi aparır. Onların əl-qolunu açan səbəblərdən biri də mandatın hələ də müəyyən edilməməsidir.

Mandatın müəyyənləşməsi Bakının istəkləri çərçivəsində olmalıdır. Çünki sülhməramlılar Azərbaycanın beynəlxalq hüquqda tanınan və 44 günlük müharibə ilə de-fakto bərpa edilən suveren ərazisində fəaliyyət göstərir. Burada yeganə tərəf Azərbaycandır. Rusiya mandat məsələsini Azərbaycanla razılaşdırmağa məcburdur. Bunun da bir neçə üstünlüyü var.

Birincisi, bu vəziyyət məsələnin Azərbaycanın istəkləri çərçivəsində həlli imkanlarını genişləndirir. İkincisi, Azərbaycan ərazisində bəzən Ermənistanı, bəzən də separatçı-terrorçu rejimi tərəf göstərməyə çalışan Rusiya bununla Bakının yeganə tərəf olduğunu qəbul edir.

- Sülhməramlılara mandat verilərsə, o zaman onların məsuliyyəti nədən ibarət olacaq?

- Əslində müzakirələrin bu qədər uzanmasının səbəbi də səlahiyyətlərin müəyyənləşməsidir. Görünür, ruslar daha çox səlahiyyət istəyir. Hərçənd, onların müvəqqəti yerləşdiyi bölgə Azərbaycanın suveren ərazisidir və səlahiyyətlər də Bakının şərtləri ilə müəyyənləşməlidir.

Əsas şərtlər də sülhməramlıların Qarabağda separatçı-terrorçu rejimə dəstək verməməsi, Qarabağda hələ də qalan qanunsuz erməni hərbi birləşmələrini çıxarması, nəzarət etdikləri Laçın dəhlizindən hərbi təyinatlı daşımaların qarşısını alması, bütün məsələlərdə Azərbaycanla hesablaşmasıdır. Sülhməramlıların Qarabağda əsas işi azərbaycanlılarla ermənilərin birgəyaşayışını təmin etmək olmalıdır.

Sülhməramlılar 10 noyabr üçtərəfli Birgə Bəyanata əsasən bölgəyə gəlib. Həmin razılaşmanın 7-ci bəndində qeyd olunur ki, “daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu o deməkdir ki, azərbaycanlılar ətraf rayonlara qayıtmaqla yanaşı, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə də - Xankəndiyə, Xocalıya, Xocavəndin bir hissəsinə də qayıtmalıdır. Bu prosesi də məhz sülhməramlılar həyata keçirməlidir.

Rusiya da anlayır ki, sülhməramlıların bundan başqa səlahiyyətinin olması mümkün deyil. Lakin istisna deyil ki, maraqlarını daha çox təmin etməyə çalışırlar və müzakirənin uzanması, o cümlədən, son vaxtlar Qarabağdakı separatçı-terrorçuların “tərəf” kimi göstərilməsi cəhdi də danışıqlarda təzyiq xarakteri daşıyır. Fikrimcə, danışıqlarda müzakirə mövzusu olan əsas məsələlərdən biri də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də sülhməramlıların mandatına daxil edilməsidir.

Bakı ehtimal ki, bunu istəyir. Rusiya sülhməramlılarının 10 noyabr razılaşmasına əsasən bölgəyə gəldiyi kimi, Mərkəz də məhz həmin razılaşmanın 5-ci bəndinə uyğun yaradılıb. Bu o deməkdir ki, Bakının belə bir tələb irəli sürməyə hüquqi əsası var.

Rusiya bölgəyə təkbaşına nəzarət etmək niyyətindədir. Qarabağda törədilən təxribatlarla bağlı Monitorinq Mərkəzini “heçə sayması” da bundan qaynaqlanır. Azərbaycan isə bu Mərkəzi sülhməramlıların mandatına daxil etməklə, Türkiyənin də iştirakını daxil etmək istəyir.

- Bundan sonra hansısa razılaşma olarsa, sülhməramlıların bölgədə qalma müddəti orada necə əksini tapmalıdır?

- Sülhməramlıların bölgədə qalma müddəti 10 noyabr razılaşmasında 5 il müddətində göstərilir. Fikrimcə, mandatın müəyyənləşməsində vaxt məsələsinə təsir etməyəcək. Çünki mandat sülhməramlıların səlahiyyət çərçivəsini təyin etmək üçün lazımdır, vaxt məsələsi üçtərəfli razılaşmada əksini tapıb.

- Bəzi mənbələr sərhədlərin delimitasiyası məsələsinin ilin sonuna qədər həll olunacağını bildirirlər. Bu, baş verə bilərmi?

- Delimitasiya məsələsinin ilin sonuna kimi həll edilməsi istisna deyil. Nikol Paşinyanın verdiyi açıqlamalar, Ermənistanın Azərbaycanla sərhəddə ordunu sərhədçilərlə əvəzləməyə hazırlaşması, delimitasiya məsələsində problemlərin yarandığı Kəlbəcər istiqamətində erməni təxribatlarının səngiməsi də bu ehtimalı gücləndirir.




Xəbərin oxunma sayı : 856




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap