| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sınaq imtahanları magistraturaya qəbul nəticələrinə necə təsir edəcək? - Açıqlama
Tarix 11.01.25, 17:04 |
|
Təhsilin bütün pillələrində qəbul imtahanlarına hazırlıq məqsədilə həmin imtahanlara bənzər, eyni tipdə olan sınaq imtahanları keçirilir. Bu imtahanları kimisi maddi cəhətdən yük adlandırır, kimisi isə faydalı olduğunu düşünüb müsbət hal kimi baxır.
Belə imtahanlarda biri də magistraturaya hazırlaşan tələbələr üçün keçiriləcək. Bəs bu sınaqlar namizədlərə nə qazandırır?
AzFakt.com bildirir ki, bunu Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, magistraturaya qəbul imtahanlarından əvvəl keçirilən sınaq imtahanları tələbələrin həm bilik səviyyəsinin qiymətləndirilməsi, həm də imtahan psixologiyasına hazırlığı baxımından əhəmiyyətli rol oynayır.
"Bu kimi imtahanların təşkil edilməsi təhsil prosesində daha ciddi nəticələrə səbəb ola bilər. Azərbaycanda magistratura təhsilinin məzmunu, qəbul proseduru və bu prosesin nəticələrinə təsir edən amillər isə geniş müzakirə mövzusudur. Bu kontekstdə magistratura imtahanlarının keyfiyyəti, təhsilin ümumi səviyyəsi və dünya təcrübəsi ilə müqayisə aparmaq vacibdir.
Azərbaycan qanunvericiliyi təhsilin əlçatanlığını və bərabərliyini təmin etmək üçün magistratura qəbul prosesinə xüsusi diqqət yetirir. "Təhsil haqqında" Qanunun 5-ci maddəsi milli maraqlara xidmət edən təhsil sisteminin qurulmasını nəzərdə tutur. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının şəffaflığı və obyektivliyini təmin etməyə çalışır. Lakin təhsil sahəsindəki qlobal rəqabət bu prosesin daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.
Statistikaya əsasən, Azərbaycanda magistraturaya qəbul olan tələbələrin sayı son illərdə artmaqdadır. 2023-cü ildə bu rəqəm 14.500 nəfərə yaxın olub, lakin həmin ilin sınaq imtahanlarında iştirak edənlərin təxminən 25%-i aşağı nəticə göstərib. Bu, tələbələrin imtahana hazırlıq səviyyəsində problemlərin olduğunu göstərir. Eyni zamanda, qəbul olunan tələbələrin arasında xarici dillərdə bilik səviyyəsi kifayət qədər aşağı qalır. Bu göstərici yalnız 40%-ə çatır, halbuki dünya səviyyəsində magistratura təhsilində xarici dillərin əhəmiyyəti çox yüksəkdir", - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, maliyyə baxımından magistratura təhsili həm dövlət, həm də tələbə üçün ciddi yükdür:
"2023-cü ildə dövlət büdcəsindən ali təhsil sahəsinə ayrılan vəsaitin təxminən 15%-i magistratura təhsilinin maliyyələşdirilməsinə yönəlib. Bu vəsaitlə yanaşı, ödənişli təhsil alan tələbələrin ödədikləri məbləğ də nəzərə alınarsa, magistratura təhsilinə ayrılan ümumi vəsaitin 100 milyon manatı keçdiyi ehtimal olunur. Lakin bu xərclər magistr təhsilinin keyfiyyəti ilə tam adekvat deyil.
Dünya təcrübəsi göstərir ki, magistratura qəbul imtahanlarında tətbiq olunan yanaşmalar fərqli ola bilər. Məsələn, Almaniyada magistratura qəbulunda bakalavr təhsili zamanı toplanan kreditlər əsas götürülür və imtahanlar tələb olunmur. ABŞ-də isə GRE (Graduate Record Examination) kimi beynəlxalq səviyyəli testlər tələb olunur.
Bu testlər tələbələrin analitik və tənqidi düşüncə bacarıqlarını, dil biliklərini və akademik hazırlığını qiymətləndirir. Qonşu Türkiyədə isə ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) vasitəsilə qəbul aparılır. Hər iki model Azərbaycan üçün maraqlı ola bilər, çünki həm təhsil keyfiyyətini yüksəldir, həm də tələbələrin beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır".
K.Əsədov bildirib ki, Azərbaycanda sınaq imtahanlarının təşkil edilməsi tələbələrin imtahan təcrübəsini artırmaqla yanaşı, qəbul prosesinə daha yaxşı hazırlaşmağı təmin edir:
"Psixoloji olaraq imtahan mühitinə alışmaq real imtahan zamanı nəticələrin yaxşılaşmasına səbəb ola bilər. Eyni zamanda, sınaq imtahanları tələbələrin zəif tərəflərini müəyyən etmək və həmin boşluqları doldurmaq üçün bir fürsətdir. Lakin hazırda keçirilən sınaq imtahanlarının bir çoxunda sualların keyfiyyəti və real imtahanlarla uyğunluğu məsələsində problemlər var. Bu da tələbələrin hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər.
Magistraturaya qəbul olan tələbələrin sayında artım müşahidə olunsa da, keyfiyyət məsələsi daha ciddi bir problem olaraq qalır. Statistikaya əsasən, magistratura proqramlarını bitirənlərin yalnız 60%-i iş bazarında öz ixtisasına uyğun iş tapır. Bu göstərici təhsil sistemində proqramların məzmununun yenilənməsi və iş bazarının tələblərinə uyğunlaşdırılması zərurətini ortaya qoyur.
Məsələn, süni intellekt, data analitikası və yaşıl texnologiyalar kimi yeni ixtisasların əlavə edilməsi tələb olunur. Bu sahələrdə dünyanın bir çox qabaqcıl universitetləri artıq xüsusi magistr proqramları təklif edir. Azərbaycanın da bu istiqamətdə addımlar atması həm ölkə daxilindəki təhsil keyfiyyətini artırar, həm də qlobal əmək bazarında rəqabət qabiliyyətini təmin edər".
Ekspert vurğulayıb ki, sınaq imtahanlarının tələbələr üçün maliyyə yükü də nəzərə alınmalıdır:
"Sınaq imtahanlarında iştirak etmək üçün tələbələrdən alınan məbləğ orta hesabla 20-30 manat təşkil edir. Bu, bəzi ailələr üçün əlavə maliyyə çətinliyi yarada bilər. Dövlət tərəfindən sınaq imtahanlarının daha əlçatan və ya pulsuz olması təmin edilərsə, tələbələrin iştirak səviyyəsi artar və nəticələrə müsbət təsir göstərər.
Mənfi tərəflərə baxdıqda, qəbul imtahanlarında yüksək rəqabət tələbələr arasında stress səviyyəsini artırır və bəzi hallarda aşağı nəticələrə səbəb olur. Eyni zamanda, bəzi ixtisasların lazımsız dərəcədə yüksək tələblər qoyması tələbələrin seçim imkanlarını məhdudlaşdırır. Bu da məzunların iş bazarında uyğunsuzluqlarına gətirib çıxarır.
Nəticə etibarilə, sınaq imtahanlarının və qəbul prosesinin təkmilləşdirilməsi magistratura təhsilində keyfiyyət artımına töhfə verə bilər. Təhsilin məzmununun yenilənməsi, yeni ixtisasların əlavə edilməsi və maliyyə şəffaflığının təmin edilməsi təhsil sistemində daha yüksək nəticələrə nail olmaq üçün əsas amillərdir. Bu istiqamətdə atılacaq addımlar həm tələbələrin uğurunu artıracaq, həm də Azərbaycanın təhsil sisteminin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək. İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 12 yanvar saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Xəbərin oxunma sayı : 826
Sosial
Xəbərlər
-
Zakir Quliyev məşhur obyektini satışa çıxardıb -10 milyon dollara
-
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltdı – Zelenski od püskürdü...
-
Kənan Aşurlu dövlət hesabına maşın alır -159 minlik
-
Pakistan döyüş təyyarələri husiləri vurub - “The New York Times”
-
Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?
-
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya verməkdən imtina edir - “The Telegraph”
-
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur - Təfərrüat
-
Dövlət Komissiyasının tərkibi dəyişdi - SƏRƏNCAM
-
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SƏRƏNCAM
-
Masazırda 4 avtomobil yanıb kül oldu - VİDEO
-
Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA
-
Süni intellekt bəşəriyyəti öz ssenarisi ilə məhv edə bilər - Xəbərdarlıq
-
Azərbaycanda orta ömür 77 ili ötüb - Səhiyyə Nazirliyinin rəsmisi
-
Tramp Nobel mükafatına görə Norveçi hədələdi: Bunu unutmayacağıq
-
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
-
Çindən avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir?
-
Astara rayonunda sitrus bağları susuz qalıb - VİDEO
-
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı - FOTO
-
“Sabah“ azarkeşlərə müraciət etdi - “Xüsusi avtobus marşrutları təşkil olunacaq“
-
Beyləqanda şagirdlər hazırladıqları qidadan zəhərləniblər – Fotolar
-
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: - Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək
-
Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır - Prezident
-
Bakıda bu yollar üç gecə bağlı olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi - Dəyişiklik
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında görüş keçirildi - FOTOLAR
-
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb - Bakı neçənci yerdədir?
-
Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ
-
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” - “The New York Times”
-
Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı
-
Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda şok oğurluq
-
Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
-
Preident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - FOTOLAR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - RƏSMİ AÇIQLAMA
-
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır“ - Prezident
-
“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ
-
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
-
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - Prezident
-
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
-
Binəqədidə 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 133 dolları ötdü
-
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
-
İlham Əliyev iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar
-
Bakının mərkəzində yeni yolun çəkilişi niyə ləng gedir? - VİDEO
-
Moskvaya uçan 10-dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib - TASS
-
Trampın sülh səylərinin Nobel mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - Prezident
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
-
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib“? - DETALLAR
-
İlham Əliyev “Avaza” Kompleksində qarşılandı - VİDEO
-
Suriya husilərə qarşı müharibəyə qoşulur? - Dəməşqdən açıqlama
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Prezident Türkmənistanda işgüzar səfərdədir - FOTOLAR
-
AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - ŞİKAYƏT
-
Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər - Tramp
-
Bakıxanov qəsəbəsində abadlıq işləri niyə yarımçıq dayandırılıb? - VİDEO
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
-
“Piano Hall“ şadlıq evində xoşagəlməz mənzərə - FOTOLAR
-
Bu yol da təmirə bağlanacaq - Xəbərdarlıq
-
“Avropanı çətin payız və qış gözləyir“ - Robert Fitso
-
Minlərlə müəllim işsiz qala bilər - Bunu heç kim gözləmirdi...
-
Bu il qızıl nə qədər ucuzlaşıb? – Son məlumat
-
Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb - Peskov
-
Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?
-
Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar
-
Tacikistan prezidentinin qızı rəsmi tədbirdə rəqs etdi - VİDEO
-
Aİ mümkün böyük hibrid hücuma hazırlaşır - Politico
-
Qobustan Qoruğunun 377 minlik abadlıq - Tenderlərin dəyişməz qalibi “Şəmkir Tikinti-18“
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO
-
Müəllimlərin geyimləri necə olacaq? - Bunları geyinmək olar...
TOP 10
ARXİV






