Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sürücülər tibbi çantaya niyə biganə yanaşırlar? – VİDEO

Tarix 18.09.19, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Əksər sürücülərin ən biganə yanaşdığı məsələlərdən biri də avtomabilini tibbi çanta ilə təmin etməkdir. Apardığımız sorğu əsasında məlum oldu ki, sürücülərin əksəriyyətində tibbi çanta yoxdur. Olanlarda isə dəmanlar vaxtı keçmiş və köhnədir.

ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

“Yol hərəkəti haqqında qanunda” göstərilib ki, ikitəkərli motosikletlər istisna olmaqla, bütün təkərli nəqliyyat vasitələrində dərman qutusu olmalıdır”.

Həmçinin tibbi çantadakı dərmanların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunub və dərman vasitələri eləcə də tibbi əşyaların hamısı istismara yararlı vəziyyətdə olmalıdır. Əks halda köhnə dərmanlarla tibbi

müdaxilə olunan xəsarət almış şəxsin vəziyyəti daha da ağırlaşa bilər.

Əliniyaz Ramazanov – Həkim: “Maşında saxlanılan dərmanlar isti şəraitdə saxlandığına görə tez bir zamanda keyfiyyətini itirir. Dərmanlar 20 dərəcəlik şəraitdə saxlanılmalıdır. Ona görə də həmin dərmanları tez-tez yeniləmək lazımdır”.

İnzibati qaydada tibbi çantası olmayan avtomabil sahiblərinin cərimələnməsi nəzərdə tutulsa da, yenə bu məsələyə biganə yanaşanlar çoxdur. Qanunvericilikdə bu məqam İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinə uyğun olaraq tənzimlənir.

Bəxtiyar Əmirli – Ekspert: “Tibb çantasının nəqliyyat vasitəsində olmamasının cəriməsi kiçik olsa da mahiyyəti çöx böyükdür. Tibbi çantanın olmamasına görə 10 manat məbləğində cərimə nəzərdə tutulur, bu səbəbdən də sürücülər buna biganə yanaşırlar. Tibbi çantanın olub-olmadığını isə nadir hallarda yoxlayırlar”.

Müvafiq qaydalara əsasən Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz. Həmçinin Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır.







Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap