Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sırada nə var? Məhkəmə və media… - Əliyevin növbəti hədəfi

Tarix 17.03.19, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin son qərarları cəmiyyətdə böyük mənada sevinclə qarşılanır. Detallar haqqında danışmağa ehtiyac yoxdur. Onların bir çoxunun təsiri artıq indidən az qala hər ailədə hiss olunmağa başlayıb. Bir çox qərarların, xüsusən də iqtisadi sahədəki islahatların da müsbət təsirini zamanla hiss edəcəyik. Ən azı cəmiyyət buna ümid edir. Ümid- məhz neçə il idi ki, cəmiyyət məhz bu hissdən məhrum olmuşdu. İnsanlar ümid etməyi yadırğamışdı, unutmuşdu...

Ümid, bayram əhval-ruhiyyəsi, islahat ab-havası... Son illərdə ilk dəfə Novruzu gerçək bayram kimi qarşılayırıq.

Təşəkkür, cənab Prezident! Davamını gözləyirik! 

Xüsusən də məhkəmə və media sahəsində islahatların dərinləşməsini ümidlə gözləyirik. Bunlar olmadan Sizin başladığınız işin dayanıqlı olması risk altına düşəcək.

Son 100 ildə Azərbaycan həmişə Şərqin ən işıqlı, ən sağlam ölkəsi olub. Bunun belə də qalması, hətta Azərbaycanın Avropanın da ən azad, ən işıqlı ölkələrindən birinə çevrilməsi üçün hər cür potensiala malikik. 

Bəzi region ölkələrinin, böyük güclərin Azərbaycanın islahatlar yoluna hər cür vasitə ilə mane olmağa çalışacağını anlayırıq. Amma Siz islahatları nə qədər daha çox dərinləşdirsəniz, Xalq da, ictimai dəstək də, azad media da, sivil dünya da sizin yanınızda olacaq!

Yolumuz işıqlı olsun!

Zahir Əzəmət

"Qaynar-Media" qrupunun rəhbəri



Xəbərin oxunma sayı : 523




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap