Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Saakaşvili iş adamı Badri Patarkatsişvilinin qətlində ittiham olunur

Tarix 17.10.18, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


İş adamı Badri Patarkatsişvilinin qətlinin hazırlanması Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin razılığı ilə həyata keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb.

Mənbəyə əsasən, sahibkar, Boris Berezovskinin tərəfdaşı Badri Patarkatsişvili “təbii ölüm görüntüsünə səbəb olmuş maddə” ilə zəhərlənə bilərdi. Qurumdan bildirilib ki, məhkəmənin qərarı ilə vəzifə səlahiyyətlərini aşmaqda və ağırlaşdırıcı hallarla qətlə hazırlıqda ittiham edilərək, DİN-in keçmiş məmurları Q.M., L.K. və R.Ş. həbs ediliblər.

Prokurorluq əlavə edir ki, iş üzrə daha bir təqsirli bilinəndə axtarış zamanı səsyazma cihazı aşkarlanıb. Həmin cihazda 2007-ci ilin fevralına aid, qətlə hazırlıqla bağlı informasiya mövcud olub.

“Söhbət əsnasında Q.D. təsdiq edir ki, qətlə hazırlıq məsələsinə Mixail Saakaşvili razılıq verib, belə ki, Badri Patarkatsişvili onların siyasi rəqibi və dövlətin düşməni olub. Yazıya əsasən müəyyən edilib ki, iş adamının qətlini Konstitusiya Təhlükəsizliyi Departamenti (KTD) həyata keçirməli imiş”, - qurumdan bildirilib.



İkinci səs yazısında iş adamının aradan götürülməsinin şərtləri barədə danışıqlar, onun ətrafı haqqında məlumat və hərəkət marşrutu əks olunub. Qətlin üsulları haqqında danışarkən keçmiş məmurlar “təbii ölüm görüntüsü yaradan maddə ilə zəhərlənmə”ni qeyd ediblər.

Saakaşvilinin hakimiyyəti dövründə müxalifət sıralarına keçmiş Badri Patarkatsişvili 2008-ci ilin fevral ayının 12-də Surrey qraflığının Lezerhed şəhərində öz evində ölüb. Öncə Britaniya hakimiyyəti bu ölüm faktını şübhəli hesab etmişdi, lakin bir müddət sonra ölüm səbəbi kimi ürəktutma göstərilmişdi. Ölümünə bir neçə ay qalmış iş adamı siyasətlə fəal məşğul olmağa başlamışdı və prezident seçkilərində öz namizədliyini təklif etmişdi.

2018-ci ilin martında Skripalların zəhərlənməsindən sonra Böyük Britaniya hakimiyyəti ölümləri şübhə doğurmuş iş adamlarının qalıqlarının eksqumasiyası barədə düşünməyə başlayıb. Mümkün zəhərlənmə halının olub-olmaması ilə bağlı Badri Patarkatsişvilinin və Aleksandr Perepeliçnının qalıqlarının öyrənilməsi planlaşdırılırdı.






Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap