Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı - VİDEO

Tarix 12.12.17, 3:06

Font ölçüsü : - / +
bitmap-img6


Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin (Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini azad edib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

***

Saakaşvili məhkəmədə Gürcüstan himnini oxuyub 

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib. Axar.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.

Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmədə deyib ki,  məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm. “Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

Sonra məhkəmə heyəti fasiləyə çıxıb.

Fasilədən sonra müdafiə tərəfi və ittiham tərəfi çıxış edib. Sonra məhkəmə heyəti növbəti dəfə müşavirəyə gedib.

Saakaşviliyə hökm oxunacağı gözlənilir.

***

Mixail Saakaşvili və həyat yoldaşı Sandra Rulofs məhkəmə zamanı Gürcüstanın himnini oxuyublar. Bundan öncə isə Saakaşvilinin tərəfdarları onunla birgə Ukrayna himnini oxuyublar.

Onlar həmçinin məhkəmədə “Yaşasın Ukrayna!” şüarları səsləndiriblər.



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap