Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Saakaşvili Ukrayna ərazisinə daxil oldu - Video (Yenilənib)

Tarix 11.09.17, 3:56

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın sabiq prezidenti, bazar günü axşam Ukraynanın ərazisinə girmiş Mixail Saakaşvili silahdaşları ilə avtobusa əyləşərək Lvova yola düşüb.

Bu barədə RİA Novosti-nin hadisə yerində olan əməkdaşı məlumat verib.

***

Gürcüstanda axtarışda olan sabiq prezident və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukraynanın dövlət ərazisinə keçib

“Report” UNN-ə istinadən xəbər verir ki, o, Ukrayna-Polşa sərhədində yerləşən “Şeqeni” beynəlxalq buraxılış məntəqəsini ora toplaşan tərəfdarlarının köməkliyi ilə polisin barrikadasını yararaq keçməyə müvəffəq olub.

Sərhədi keçən zaman Ukrayna polisi ilə fəallar arasında toqquşma baş verib.

Bundan əvvəl Ukrayna tərəfi sərhədin minalanması səbəbindən buraxılış məntəqəsi ilə giriş-çıxışı müvəqqəti olaraq bağlamışdı. Sərhədin Polşa tərəfindən isə Mixail Saakaşvili Ukrayna ərazisinə keçməyə hazırlaşırdı.

saakas ukrayna

***

Polşa və Ukrayna sərhədində yerləşən “Şeqini” beynəlxalq buraxılış məntəqəsi minalanma xəbəri səbəbindən müvəqqəti olaraq bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Qərb Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şeremetə istinadən UNN məlumat yayıb.

“Şeqini” buraxılış məntəqəsi minalanıb. Minalama barədə məlumat daxil olub. Hazırda istehkamçıların gəlişini gözləyirik”, – deyə o bildirib.

Odessa vilayətinin eks-qubernatoru və Gürcüstanda axtarışda olan sabiq prezident Mixail Saakaşvili sərhədin Polşa tərəfindədir və Ukrayna ərazisinə keçmək niyyətindədir.





Xəbərin oxunma sayı : 586




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap