Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

Saakaşvili Ukraynada yoxa çıxdı

Tarix 13.09.17, 13:22

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Lvovdan yoxa çıxıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, dünən gecə Lvovda qaldığı hoteldən çıxan M.Saakaşvili geri qayıtmayıb.

Sabiq qubernatorun cangüdənləri bildirib ki, o, iş dalınca gedib. Ancaq vəkili onun öz istəyi ilə hoteli tərk etdiyini, yoxsa aparıldığını dəqiq bilmədiyini qeyd edib. Vəkil sabiq qubernatorun Çernovtsı şəhərinə getdiyini təxmin etdiyini bildirib.

Məlum olan odur ki, M.Saakaşvili hoteldən “Donbas” taborundan olan silahdaşları ilə birgə mikroavtobusda gedib. Onları aparan mikroavtobus bu gün səhər hotelə qayıtsa da, Saakaşvili geri dönməyib.

Qeyd edək ki, M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. O, 18 sentyabrda məhkəmə qarşısına çıxmalıdır.

Onu da əlavə edək ki, M. Saakaşvili sentyabrın 13-dən başlayaraq Ukraynanın bütün bölgələrini gəzəcəyini bəyan etmişdi. Bu gün onun Çernovtsı şəhərində mərkəzi meydanda görüş keçirməsi planlaşdırılır.



Xəbərin oxunma sayı : 292

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda