Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Saakaşvili yeni məkanda - Aclığı dayandırdı

Tarix 20.11.21, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili noyabrın 20-nə keçən gecə Qori şəhərindəki hərbi hospitala köçürülüb və aclıq aksiyasını dayandırıb.

Novator.az bildirir ki, Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. 2013-cü ildə ölkəsini tərk edən siyasətçiyə Gürcüstanda bir neçə cinayət işi qaldırılıb, haqqında iki həbs hökmü var. 2018-ci ildə Tbilisi Şəhər Məhkəməsi onu əvvəl 3 il, sonra 6 il müddətinə azadlıqdan məhrum edib.

Sabiq prezidentin üstündə başqa ittihamlar da var. Həmin işlər Tbilisi Şəhər Məhkəməsinin icraatındadır.

2015-ci ildən Ukraynada yaşayan siyasətçi bu ölkənin vətəndaşıdır, həmin il Gürcüstan vətəndaşlığından məhrum edilib.

Bu il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. Həmin gündən aclıq aksiyası keçirdiyi üçün onun səhhəti ağırlaşıb. Noyabrın 8-də siyasətçi Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 19-da hökumət onun müalicəsinin Müdafiə Nazirliyinin Qori şəhərindəki hərbi hospitalında aparılmasını təklif edib, sabiq prezident buna razılıq verib.

Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb. Sabiq prezident dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinir. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub.



Xəbərin oxunma sayı : 958




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap