Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz yürüşü keçirib – Prezident Poroşenkonun istefası tələb edilib

Tarix 19.02.18, 1:36

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları fevralın 18-də Ukrayna paytaxtı Kiyevdə yürüş keçiriblər.

Onlar prezident Petro Poroşenkonun istefasını tələb edib. Özü bu yaxınlarda Ukraynadan zorla çıxarılan və hazırda Hollandiyada olan Saakaşvili Poroşenkonun impiçmentinə çağırır. Polisin məlumatına görə, yürüşdə bir neçə min insan iştirak edib. Saakaşvilinin tərəfdarları isə yürüşün daha izdihamlı olduğunu deyirlər.

Aksiya 50 dəqiqə gec başlayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, səbəb bazar günü nəqliyyatın ləng işləməsidir, insanlar aksiya yerinə gəlməkdə çətinliklərlə üzləşiblər. Aksiyanın önündə Saakaşvilinin "Yeni qüvvələr hərəkatı"nın fəalları David Sakvarelidze və Ali Radanın deputatı Yeqor Sobolev addımlayıblar. Aksiya iştirakçıları Ukrayna bayraqları və "Əlinizi Mişadan çəkin" şüarları qaldırıblar. Tələblərdən biri də növbədənkənar parlament seçkilərinin keçrilməsi, hökumətin yenilənməsidir.

Saakaşvili bildirir ki, Ukraynanın indiki hakimiyyəti korrupsiyaya bulaşıb və oliqarxların əlində oyuncağa çevrilib. Poroşenko bu ittihamları rədd edir. (Amerikanın Səsi) 

 



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap